Xəstəyə baş çəkməyin fəziləti
عن أبى أسماء قال من عاد أخاه كان في خرفة الجنة قلت لأبى قلابة ما خرقة الجنة قال جناها قلت لأبى قلابة عن من حدثه أبو أسماء قال عن ثوبان عن رسول الله صلى الله عليه وسلم
521.Əbu Əsma deyir ki: “Kim xəstə qardaşına baş çəksə, (qayıdanadək) Cənnət xürfəsində olar”.
Asim deyir ki, mən Əbu Qilabədən soruşdum: “Cənnət xürfəsi nədir?” O dedi: “Cənnətin bir yerə yığılmış meyvələridir” Mən Əbu Qilabəyə dedim: “Əbu Əsma bu hədisi kimdən rəvayət etmişdir?” Dedi ki: “Sövbandan (r.a), o da Peyğəmbərdən (s.a.s) rəvayət etmişdir”.
Musənnə dedi: “Buna bənzər hədisi bizə Əbu Qilabə Əbul-Əş'əsdən, o da Əsma ər-Rəhbidən, o da Sövbandan (r.a) o da Peyğəmbərdən (s.a.s) rəvayət etmişdir.
[ Səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz