Hədis elmi

Xəstəyə baş çəkdikdə (Allahdan) onun üçün şəfa diləmək


حدثني ثلاثة من بنى سعد كلهم يحدث عن أبيه أن رسول الله صلى الله عليه وسلم دخل على سعد يعوده بمكة فبكى فقال ما يبكيك قال خشيت أن أموت بأرالتي هاجرت منها كما مات سعد قال اللهم اشف سعدا ثلاثا فقال لي مال كثير يرثنى ابنتى أفأوصى بمالى كله قال لا قال فبالثلثين قال لا قال فالنصف قال لا قال فالثلث قال الثلث والثلث كثير إن صدقتك من مالك صدقة ونفقتك على عيالك صدقة وما تأكل امرأتك من طعامك لك صدقة وإنك أن تدع أهلك بخير أو قال بعيش خير من أن تدعهم يتكففون الناس وقال بيده

520.Sə'din (r.a) üç oğlu rəvayət edir ki, Məkkədə ikən Peyğəmbər (s.a.s) Sə'də (r.a) baş çəkdi. Sə'd (r.a) ağladı. Peyğəmbər (s.a.s) soruşdu: “Səni ağladan nədir?” O dedi: “Qorxuram ki, Sə'd (ibn Xovlə) öldüyü kimi, mən də hicrət etdiyim (şəhərimdən köçüb gəldiyim bu) torpaqda ölüm”. Peyğəmbər (s.a.s) (üç dəfə): “Allahım, Sə'də şəfa ver!”- deyə dua etdi. Sə'd (r.a) dedi: “Mənim çoxlu mal-dövlətim var. Qızım ona varis olacaq. Mən malımın hamısını (Allah yolunda) vəsiyyət edə bilərəmmi?” O: “Xeyr!”- deyə cavab verdi. Soruşdum: “Bəs üçdə ikisini necə?” O (yenə): “Xeyr!”- deyə cavab verdi. Soruşdum: “Bəs yarısını necə?” O (yenə): “Xeyr!”- deyə cavab verdi. Soruşdum: “Bəs üçdə birini necə?” O dedi: “Üçdə birini (verə bilərsən). Lakin üçdə biri də çoxdur. Sözsüz ki, malından verdiyin sədəqə sədəqə sayılır. Ailən üçün xərclədiklərin də sədəqədir. Zövcənin sənin yeməyindən yediyi də sədəqədir. Sənin öz ailənə mal qoyub getməyin, onları dilənmək qarşısında qoymaqdan daha xeyirlidir”.
Ravi deyir ki, Peyğəmbər (s.a.s) əli ilə işarə edib danışırdı.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz