Valideynlərin üzünə ağ olmağın aqibəti
أبى بكرة عن النبي صلى الله عليه وسلم قال ما من ذنب أجدر أن يعجل لصاحبه العقوبة مع ما يدخر له من البغى وقطيعة الرحم"
29. Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “(Allah tərəfindən) günah sahibinə verilən cəzanın (Axirət gününə) saxlanılması ilə yanaşı (həmin cəzanın dünyada da) ona tezliklə verilməsi üçün (ata-anaya qarşı) azğınlıq etmək və qohumluq əlaqələrini kəsmək kimi günahdan daha münasib bir günah yoxdur”.
[ Səhihdir ]
عن عمران بن حصين قال قال رسول الله صلى الله عليه وسلم ما تقولون في الزنا وشرب الخمر والسرقة قلنا الله ورسوله أعلم قال هن الفواحش و فيهن العقوبة ألا أنبئكم بأكبر الكبائر الشرك بالله عز وجل وعقوق الوالدين وكان متكئا فاحتفز قال والزور"
30. İmran ibn Hüseyn (r.a) rəvayət edir ki, Peyğəm¬bər (s.a.s) demişdir: “Zina, şərab içmək və oğurluq barədə nə deyə bilərsiniz?” Biz dedik: “Allah və Onun elçisi daha yaxşı bilir!” O buyurdu: “Bunlar çirkin əməllərdir və onların cəzası vardır. Sizə ən böyük günahlar barədə xəbər verimmi? (Ən böyük günah) Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaqdır”. Sonra söykəndiyi yerdən qalxıb dizi üstə oturdu və əlavə etdi: “Yalan söz danışmaqdır”.
[ İsnadı zəifdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz