Hədis elmi

Valıdeynın ədəblı olması və övladının qayğısına qalması


عن نمير بن أوس يقول ثم كانوا يقولون الصلاح من الله والأدب من الآباء"

92. Numeyr ibn Əvs (r.a) rəvayət edir ki, onlar belə deyərdilər: “Xeyirxahlıq Allahdandır, ədəb isə ata-babalardandır”.
[ İsnadı zəifdir ]

عن النعمان بن بشير حدثه أن أباه انطلق به إلى رسول الله صلى الله عليه وسلم يحمله فقال يا رسول الله إني أشهدك أنى قد نحلت النعمان كذا وكذا فقال أكل ولدك نحلت قال لا قال فأشهد غيرى ثم قال أليس يسرك أن يكونوا في البر سواء قال بلى قال فلا إذا" قال أبو عبد الله البخاري: ليس الشهادة من النبي صلى الله عليه وسلم رخصة"

93. Nomən ibn Bəşir (r.a) rəvayət edir ki, atası onu Peyğəmbərin (s.a.s) yanına gətirib dedi: “Ey Allahın elçisi! Mən filan və filan şeyi Nomənə pay verdiyimə səni şahid çağırıram”. Peyğəmbər (s.a.s) soruşdu: “Övladlarının hamısına (bu qədər) pay verdinmi?” O: “Xeyr!”- deyə cavab verdi. Peyğəmbər (s.a.s) dedi: “Elə isə başqasını şahid çağır!” Sonra başa saldı ki: “Məgər onların hamısının sənə eynilə qayğı göstərməsi sənin könlünü şad etməzmi?” O: “Əlbəttə (edər)”. Peyğəmbər (s.a.s) dedi: “Elə isə belə etmə!”
Əbu Abdullah əl-Buxari deyir ki, Peyğəmbərin (s.a.s) şahidliyi heç də rüsxət demək deyil.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz