Qonşuya yaxşılıq etmək barədə tövsiyə
عن عائشة رضي الله عنها عن النبي صلى الله عليه وسلم قال ما زال جبريل يوصي بالجار حتى ظننت أنه سيورثه
101. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Cəbrail qonşu haqqında mənə nə qədər tövsiyə etdi ki, ona da mirasdan pay düşəcəyini güman etdim”.
[ Səhihdir ]
عن أبى شريح الخزاعي عن النبي صلى الله عليه وسلم قال من كان يؤمن بالله واليوم الآخر فليحسن إلى جاره ومن كان يؤمن بالله واليوم الآخر فليكرم ضيفه ومن كان يؤمن بالله واليوم الآخر فليقل خيرا أو ليصمت"
102. Əbu Şureyh əl-Xuzai (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kim Allaha və Axirət gününə inanırsa, qonşusuna yaxşılıq etsin. Kim Allaha və Axirət gününə inanırsa, qonağına ehtiram göstərsin. Kim Allaha və Axirət gününə inanırsa, xeyir söyləsin ya da sussun”.
[ Səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz