Hədis elmi

Qohumlarınızla əlaqələri möhkəmləndirmək üçün əsl-nəcabətinızi öyrənin


عن جبير بن مطعم أن جبير بن مطعم أخبره أنه سمع عمر بن الخطاب رضي الله عنه يقول على المنبر تعلموا أنسابكم ثم صلوا أرحامكم والله إنه ليكون بين الرجل وبين أخيه الشيء ولو يعلم الذي بينه وبينه من داخلة الرحم لأوزعه ذلك عن انتهاكه"

72. Cubeyr ibn Mut'im (r.a) rəvayət edir ki, mən Ömərin (r.a) minbərdə belə dediyini eşitdim: “Əsl-nəcabətinizi öyrənin, sonra da qohumlarınızla əlaqələri möhkəmləndirin. Allaha and olsun ki, hər kəsin öz qardaşı ilə aralarında inciklik ola bilər. Əgər qardaşından inciyən kimsə aralarındakı qohumluq əlaqəsinin mahiyyətini bilsə, bu onu əlaqələri kəsməməyə təhrik edər ”.
[ İsnadı həsəndir ]

ابن عباس أنه قال احفظوا انسابكم و تصلوا أرحامكم فإنه لا بعد بالرحم إذا قربت وإن كانت بعيدة ولا قرب بها إذا بعدت وإن كانت قرية وكل رحم آتية يوم القيامة أمام صاحبها تشهد له بصلة إن كان وصلها وعليه بقطيعة إن كان قطعها"

73.İbn Abbas (r.a) demişdir: “Əsl-nəcabətinizi qoruyun, qohumlarınızla əlaqələri möhkəmləndirin. Çünki qohum nə qədər uzaq olsa da sən onunla əlaqəni möhkəmləndirsən uzaq sayılmaz, həmçinin qohum nə qədər yaxın olsa da sən onunla əlaqəni kəssən yaxın sayılmaz. Qiyamət günü hər bir qohumluq əlaqəsi öz sahibinin önünə gələcək və əgər qohumluq əlaqələrini möhkəmləndirmişsə, möhkəmləndirdiyinə, onu kəsmişsə, kəsdiyinə şahidlik edəcək”.
[ İsnadı səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz