Qəfəsdə quş saxlamaq
عن هشام بن عروة قال كان بن الزبير بمكة وأصحاب النبي صلى الله عليه وسلم يحملون الطير في الأقفاص
383. Hişam ibn Urva deyir ki: “İbn Zubeyr Məkkədə ikən Peyğəmbərin (s.a.s) səhabələri qəfəslərdə quş daşıyardılar”.
[ İsnadı zəifdir ]
عن أنس قال دخل النبي صلى الله عليه وسلم فرأى ابنا لأبى طلحة يقال له أبو عمير وكان له نغير يلعب به فقال يا أبا عمير ما فعل أو أين النغير
384. Ənəs (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) içəri daxil olub Əbu Təlhənin (r.a) oğlu Əbu Umeyri (r.a) gördü. (Daha əvvəl bu) uşağın quşcuğazı var idi. Peyğəmbər (s.a.s) (ona) dedi: “Ey Əbu Umeyr! Quşcuğaza nə oldu, yaxud quşcuğaz haradadır?”
[ Səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz