O öz Rəbbinin əmrlərinə tabedir ("Müsəlmanın şəxsiyyəti" Silsiləsindən)
Bismilləhir-Rəhmanir-Rəhim
Həqiqi müsəlman mütləq Allahın bütün əmrlərinə tabe olmalı, onları tam təslimiyyat və mütiliklə yerinə yetirməlidir. Hətta bu onun istək və arzularına uyğun gəlməsə belə. Allaha və Onun Rəsuluna (s.a.s) məhz bu cür itaət etmək müsəlmanın imanının göstərcisidir.
Peyğəmbərimizdən (s.a.s) rəvayət olunduğuna görə belə buyurmuşdur: "Sizin istək və arzularınız mənim gətirdiklərimə uyğun olmayınca heç biriniz iman gətirməyəcəksiniz." (Əl-Buxari rəvayət etmişdir.)
((Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) tə'yin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.)) (Ən-Nisa 65-ci ayə)
Burada, Allaha və Onun Rəsulunun (s.a.s) bütün əmrlərinə tam şəkildə tabe olmaqdan söhbət gedir, hansı ki, belə olmasa nə iman olar nə də İslam. Beləki, həqiqi müsəlman nə Allahın əmrlərindən yayına bilər, də Rəsulunun (s.a.s) göstərişlərindən çəkinə bilər. Bu ona və onun tabeçiliyində olan ailə üzvlərinə və qohumlarına da aiddir.
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz