Müşrik qohumla əlaqələri möhkəmləndirmək və ona hədiyyə vermək
عن بن عمر رأى عمر حلة سيراء فقال يا رسول الله لو اشتريت هذه فلبستها يوم الجمعة وللوفود إذا أتوك فقال يا عمر إنما يلبس هذه من لا خلاق له ثم أهدى النبي صلى الله عليه وسلم منها حلل فأهدى إلى عمر منها حلة فجاء عمر إلى رسول الله صلى الله عليه وسلم فقال يا رسول الله بعثت إلى هذه وقد سمعتك قلت فيها ما قلت قال إني لم أهدها لك لتلبسها إنما أهديتها إليك لتبيعها أو لتكسوها فأهداها عمر لأخ له من أمه مشرك
71. İbn Ömər (r.a) rəvayət edir ki, Ömər (r.a) (satılan) siyra bürüncəyini (Tərkibində ipək olan bir libasdır.) görüncə dedi: “Ey Allahın elçisi! Bəlkə bunu alıb həm cümə günü, həm də yanına (qəbilələrdən) nümayəndələr gəldikdə geyəsən”. O dedi: “Ey Ömər! Bunu ancaq (Axirətdə) heç bir payı olmayanlar geyər!” Sonra həmin bürüncəkdən bir neçəsini Peyğəmbərə (s.a.s) pay verdilər. O da Ömərə (r.a) bir bürüncək hədiyyə göndərdi. Ömər (r.a) Peyğəmbərin (s.a.s) yanına gəlib dedi: “Bunu mənə göndərmisən. Hərçənd ki, sən onun haqqında dediyini artıq demisən.” O dedi: “Mən onu sənə verməmişəm ki, geyəsən. Vermişəm ki, onu satasan ya da başqasına bağışlayasan”. Ömər (r.a) onu anadan bir olan müşrik qardaşına hədiyyə verdi.
[ Səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz