Hədis elmi

Kölənin qisası

Ammar ibn Yasir (r.a) dedi: “Köləsini haqsız yerə vuran elə bir kimsə yoxdur ki, Qiyamət günü ondan qisas alınmasın!”
[ İsnadı səhihdir ]

Əbu Leyla deyir ki, Salman (r.a) bayıra çıxdıqda ot tayasın¬dan heyvanı üçün olan otun (axurdan) yerə dağıldığını görüb köləsinə dedi: “Qisasdan qorxmasaydım səni vurardım!”
[ İsnadı səhihdir ]

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “(Qiyamət günü) hər kəsə öz haqqı çatacaq, hətta buynuzsuz qoç buynuzlu qoçdan qisas alacaqdır”.
[ Səhihdir ]

Ummu Sələmə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) onun evində ikən öz xidmətçisini yanına çağırdı. Xidmətçi yubandıqda isə Peyğəmbərin (s.a.s) üzünü qəzəb hissi bürüdü. Ummu Sələmə (r.a) qalxıb otağa keçdikdə xidmətçinin oynadığını gördü. Peyğəmbərin (s.a.s) əlində misvak var idi. O dedi: “Qiyamət günü olan qisasdan qorxmasaydım, bu misvakla səni vurardım”. Muhəmməd ibnul-Heysəm əlavə edərək dedi “Xidmətçi heyvanla oynayırdı. Ummu Sələmə (r.a) onu Peyğəmbərin (s.a.s) yanına gətirib dedi: “Ey Allahın elçisi! O, and içir ki, sənin çağırışını eşitməyib”. Peyğəmbərin (s.a.s) əlində misvak var idi...”
[ Zəifdir ]

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Hər kəs (başqasına) bir zərbə vursa, Qiyamət günü ondan qisas alınar”.
[ Səhihdir ]

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Hər kəs zülm edərək (başqasına) bir zərbə vursa, Qiyamət günü ondan qisas alınar”.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz