Köləni söymək
عن معرور بن سويد يقول رأيت أبا ذر وعليه حلة وعلى غلامه حلة فسألناه عن ذلك فقال إني ساببت رجلا فشكاني إلى النبي صلى الله عليه وسلم فقال لي النبي صلى الله عليه وسلم أعيرته بأمه قلت نعم ثم قال إن إخوانكم خولكم جعلهم الله تحت أيديكم فمن كان أخوه تحت يديه فليطعمه مما يأكل وليلبسه مما يلبس ولا تكلفوهم ما يغلبهم فان كلفتموهم ما يغلبهم فأعينوهم
Mə'rur ibn Suveyd deyir ki, mən həm Əbu Zərin (r.a), həm də onun köləsinin əynində eyni paltarı gördüm. Biz ondan bunun səbəbini soruşduqda o dedi: “Mən bir kişini söydüm. O da mənim barəmdə Peyğımbərə (s.a.s) şikayət etdi. Peyğəmbər (s.a.s) mənə buyurdu: “Sən onu anasına görə utandırmışsan?” Mən: “Bəli!”- deyə cavab verdim. O dedi: “Həqiqətən, kölələriniz sizin qardaşlarınızdır! Allah onları sizin tabeçiliyinizə vermişdir. Kimin qardaşı öz tabeçiliyi altında olsa, yediyindən ona da yedirtsin, geyindiyindən ona da geyindirsin! Onları gücləri çatmadığı bir işlə yükləməyin. Hərgah onları gücləri çatmadığı bir işlə yükləsəniz, onda onlara kömək edin”.
[ Səhihdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz