Hədis elmi

Köləni gücü çatmadığı bir işlə yükləməmək

عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال للمملوك طعامه وكسوته ولا يكلف من العمل ما لا يطيق

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kölə¬nin yeməyini və geyimini təmin etmək lazımdır. Onu gücü çatmadığı bir işlə yükləmək olmaz”.
[ Səhihdir ]

عن أبي هريرة يقول قال رسول الله صلى الله عليه وسلم للمملوك طعامه وكسوته ولا يكلف إلا ما يطيق

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kölənin yeməyini və geyimini təmin etmək lazımdır. Onu yalnız gücü çatdığı qədər yükləmək olar”.
[ Səhihdir ]

قال معرور مررنا بأبي ذر وعليه ثوب وعلى غلامه حلة فقلنا لو أخذت هذا وأعطيت هذا غيره كانت حلة قال قال النبي صلى الله عليه وسلم إخوانكم جعلهم الله تحت أيديكم فمن كان أخوه تحت يده فليطعمه مما يأكل وليلبسه مما يلبس ولا يكلفه ما يغلبه فإن كلفه ما يغلبه فليعنه عليه

Mə'rur ibn Suveyd deyir ki, biz Əbu Zərin (r.a) yanından keçdikdə həm onun, həm də köləsinin əynində eyni paltarı gördük. Biz dedik: “Bəlkə bunu özünə götürəsən, onu da kölənə verəsən ki, (hər birinizin əynində) ayrı-ayrı geyimlər olsun”. O dedi: “Peyğəmbər (s.a.s) demişdir: “Kölələriniz (sizin qardaşlarınızdır)! Allah onları sizin tabeçiliyinizə vermişdir. Kimin qardaşı öz tabeçiliyi altında olsa, yediyindən ona da yedirtsin, geyindiyindən ona da geyindirsin! Onu qüvvəsi çatmadığı bir işlə yükləməsin. Əgər onu qüvvəsi çatmadığı bir işlə yükləsə, qoy onda ona kömək etsin”.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz