İslam tarixi

Kölələrlə pis rəftar etmək

span class="arab">
عن أبي الدرداء أنه كان يقول للناس نحن أعرف بكم من البياطرة بالدواب قد عرفنا خياركم من شراركم أما خياركم الذى يرجى خيره ويؤمن شره وأما شراركم فالذي لا يرجى خيره ولا يؤمن شره ولا يعتق محرره

159 Əbud-Dərda (r.a) insanlara deyərdi: “Baytar həkimlər heyvanları necə tanıyırsa, biz sizi ondan da yaxşı tanıyırıq. Yaxşınızı da, pisinizi də tanıyırıq. Yaxşınız o kəsdir ki, ondan yaxşılıq umulur və şər əməllər gözlənilmir. Pisiniz də o kəsdir ki, ondan yaxşılıq umulmur, şər əməllər gözlənilir və azad etdiyi köləni sərbəst buraxmır”.
[ İsnadı səhihdir ]

عن أبى أمامة سمعته يقول الكنود الذي يمنع رفده وينزل وحده ويضرب عبده

160. Əbu Umamə (r.a) dedi: “Nankor o kəsdir ki, yaxınlarına əngəl törədir, (hər şeyi) özü tək edir və köləsini vurur”.
[ Zəifdir ]

عن الحسن أن رجلا أمر غلاما له أن يسنو على بعير له فنام الغلام فجاء بشعلة من نار فألقاه في وجهه فتردى الغلام في بئر فلما أصبح أتى عمر بن الخطاب رضي الله عنه فرأى الذي في وجهه فأعتقه

161. Həsən rəvayət edir ki, bir kişi köləsinə (quyudan) su çıxarıb dəvəsinə yükləməyi əmr etdi. Kölə də yatıb qaldı. Kişi od gətirib kölənin üzünü yandırdı və o, quyuya yıxıldı. Səhər-səhər kölə Ömər ibnul-Xəttabın (r.a) yanına gəldi. Ömər (r.a) kölənin üzündəki yanığı görüb onu azad etdi”.
[ İsnadı zəifdir ]

Oxşar məqalələr

İslam tarixi

İslam öncəsi Məkkə dönəmi

İslam tarixçiləri İslam öncəsi Məkkə dönəminə "cahiliyyə dönəmi” deyirlər. Ona görə biz də o dönəmi daha yaxşı anlaya bilmək məqsədi ilə tədqiqatımız…

6 dəq. oxunuş 234
İslam tarixi

Qövmün (azad etdiyi) köləsi onların özlərindəndir

عن رفاعة بن رافع أن النبي صلى الله عليه وسلم قال لعمر رضي الله عنه اجمع لي قومك فجمعهم فلما حضروا باب النبي صلى الله عليه وسلم دخل عليه عمر فقال قد ج…

2 dəq. oxunuş 6 518

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz