İslam tarixi

Insanları əfv etmək və qınamamaq


عن أنس أن يهودية أتت النبي صلى الله عليه وسلم بشاة مسمومة فأكل منها فجىء بها فقيل ألا نقتلها قال لا قال فما زلت أعرفها في لهوات رسول الله صلى الله عليه وسلم

Ənəs (r.a) rəvayət edir ki, bir yəhudi qadın Peyğəmbərə (s.a.s) qoç ətindən hazırlanmış, içinə də zəhər qatılmış yemək gətirdi. Peyğəmbər (s.a.s) ondan yedi. Sonra həmin qadın tutulub gətirildi və: “Onu öldürəkmi?”- deyə Peyğəmbərdən (s.a.s) soruşuldu. O: “Xeyr!”- deyə cavab verdi.
Mən (həmin) yeməyin Peyğəmbərə (s.a.s) təsir göstərdiyini görürdüm.
[ Səhihdir ]

Abdullah ibn əz-Zubeyr (r.a) minbərdə ikən:

“Sən bağışlama (yolunu) tut, yaxşılığı əmr et və cahillərdən üz döndər.” ayəsini (əl-Ə'raf, 199.) oxuyub dedi:

والله ما أمر بها أن تأخذ إلا من أخلاق الناس والله لآخذنها منهم ما صحبتهم

“Allaha and olsun ki, O, bununla ancaq insanlardan ədəb-əxlaq götürməyi buyurur. Allaha and olsun ki, mən onlardan sizin gördüklərinizi götürəcəyəm”.
[ İsnadı səhihdir ]

عن بن عباس قال قال رسول الله صلى الله عليه وسلم علموا ويسروا ولا تعسروا وإذا غضب أحدكم فليسكت

İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “(İnsanları) öyrədin! Asanlaşdırın, çətinləşdirməyin! Qoy sizlərdən biri qəzəblənərkən sussun”.
[ Səhih li-ğeyrihi ]

Oxşar məqalələr

İslam tarixi

İslam öncəsi Məkkə dönəmi

İslam tarixçiləri İslam öncəsi Məkkə dönəminə "cahiliyyə dönəmi” deyirlər. Ona görə biz də o dönəmi daha yaxşı anlaya bilmək məqsədi ilə tədqiqatımız…

6 dəq. oxunuş 234
İslam tarixi

Qövmün (azad etdiyi) köləsi onların özlərindəndir

عن رفاعة بن رافع أن النبي صلى الله عليه وسلم قال لعمر رضي الله عنه اجمع لي قومك فجمعهم فلما حضروا باب النبي صلى الله عليه وسلم دخل عليه عمر فقال قد ج…

2 dəq. oxunuş 6 518

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz