Hədis elmi

Gecə vaxtı xəstəni ziyarət etmək


عن خالد بن الربيع قال لما ثقل حذيفة سمع بذلك رهطه والأنصار فأتوه في جوف الليل أو عند الصبح قال أي ساعة هذه قلنا جوف الليل أو عند الصبح قال أعوذ بالله من صباح النار قال جئتم بما أكفن به قلنا نعم قال لا تغالوا بالأكفان فإنه إن يكن لي عند الله خير بدلت به خيرا منه وإن كانت الأخرى سلبت سلبا سريعا قال بن إدريس أتيناه في بعض الليل

496.Xalid ibn Rabi rəvayət edir ki, Huzeyfənin (r.a) xəstəliyi ağırlaşarkən onun yaxınları və ənsar gecənin bir yarısı, yaxud səhərə yaxın ona baş şəkməyə gəldi. O soruşdu: “Bu nə vaxtın gəlməyidir?” Biz dedik: “Gecənin bir yarısıdır, yaxud səhərə yaxındır” O dedi: “Atəşin sabahından Allaha sığınıram!” (Sonra sözünə davam edib) dedi: “Məni kəfənləyəcəyiniz şeyi gətirmisinizmi?” Biz: “Bəli!”- deyə cavab verdik. O dedi: “Kəfənlərdə həddi aşmayın! Əgər Allah yanında mənim bir xeyirim olsa, ondan daha xeyirlisi ilə əvəz olunar. Yox əgər başqa cür olarsa, məndən tezliklə götürülər”.
İdris deyir ki, biz onun yanına gecənin bir yarısında gəldik.
[ İsnadı zəifdir ]

عن عائشة رضي الله عنها عن النبي صلى الله عليه وسلم قال إذا اشتكى المؤمن أخلصه الله كما يخلص الكير خبث الحديد

497.Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Körük dəmirin pasını necə aparırsa, mömin də xəstələndiyi zaman Allah onun günahlarını eləcə silib aparır”.
[ Səhihdir ]

عن عائشة رضي الله عنها عن النبي صلى الله عليه وسلم قال ما من مسلم يصاب بمصيبة وجع أو مرض إلا كان كفارة ذنوبه حتى الشوكة يشاكها أو النكبة

498.Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Hansı müsəlmana bir müsibət, – bir dərd və ya bir xəstəlik – üz verərsə, bu onun günahlarına kəffarə olar. Hətta (ayağına) batan bir tikan, yaxud başına gələn bir fəlakət də (onun üçün kəffarədir)”.
[ Səhihdir ]

عن عائشة بنت سعد أن أباها قال اشتكيت بمكة شكوى شديدة فجاء النبي صلى الله عليه وسلم يعودنى فقلت يا رسول الله انى أترك مالا وانى لم اترك إلا ابنة واحدة أفأوصى بثلثى مالي وأترك الثلث قال لا قال أوصى بالنصف وأترك لها النصف قال لا قلت فأوصى بالثلث وأترك لها الثلثين قال الثلث والثلث كثير ثم وضع يده على جبهتى ثم مسح وجهي وبطنى ثم قال اللهم اشف سعدا وأتم له هجرته فما زلت أجد برد يده على كبدى فيما يخال إلى حتى الساعة

499.Sə'd rəvayət edir ki, mən Məkkədə şiddətli xəstəliyə tutul¬dum. Peyğəmbər (s.a.s) mənə baş çəkdi. Mən dedim: “Ey Allahın elçisi! Mən mal-dövlət qoyub gedirəm. Özümdən sonra yalnız bir qız uşağı (varis) qoyub gedirəm. Malımın üçdə ikisini (Allah yolunda) vəsiyyət edib üçdə birini (varisə) saxlaya bilərəmmi?” O: “Xeyr!”- deyə cavab verdi. Soruşdum: “Malımın yarısını (Allah yolunda) vəsiyyət edib yarısını (varisə) saxlaya bilərəmmi?” O: “Xeyr!”- deyə cavab verdi. Soruşdum: “Malımın üçdə birini (Allah yolunda) vəsiyyət edib üçdə ikisini (varisə) saxlaya bilərəmmi?” O dedi: “Üçdə birini (verə bilərsən). Lakin üçdə biri də çoxdur”. Sonra Peyğəmbər (s.a.s) əlini mənim alnıma qoydu, üzümü və qarnımı sildi. Sonra da dedi: “Allahım, Sə'də şəfa ver və onun hicrətini tamamla!” Mən indiyə qədər onun əlinin soyuqluğunu ciyərim üstündə hiss edirəm.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz