Hədis elmi

Əziyyətlərə dözmək


عن أبى موسى عن النبي صلى الله عليه وسلم قال ليس أحد أو ليس شيء أصبر على أذى يسمعه من الله عز وجل و إنهم ليدعون له ولدا وانه ليعافيهم ويرزقهم

389.Əbu Musa (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Eşitdiyi əziyyətə (nalayiq sözlərə) qüdrətli və əzəmətli Allahdan daha çox səbir edən bir kimsə, yaxud bir şey yoxdur. (Qulları) Ona övlad isnad edirlər, O isə onlara can sağlığı və (çoxlu) ruzi verir”.
[ Səhihdir ]

قال عبد الله قسم النبي صلى الله عليه وسلم قسمة كبعض ما كان يقسم فقال رجل من الأنصار والله انها لقسمة ما أريد بها وجه الله عز وجل قلت أنا لأقولن للنبي صلى الله عليه وسلم فأتيته وهو في أصحابه فساررته فشق ذلك عليه صلى الله عليه وسلم وتغير وجهه وغضب حتى وددت أنى لم أكن أخبرته ثم قال قد أوذي موسى بأكثر من ذلك فصبر

390.Abdullah rəvayət edir ki, Peyğəmbər (s.a.s) qənimətləri əvvəl böldüyü kimi böldü. Ənsardan olan bir kişi dedi: “And olsun Allaha! Bu elə bir bölgüdür ki, onunla qüdrətli və əzəmətli Allahın Üzü qəsd edilməmişdir (Onun rizasını qazanmaq məqsədilə bölünməmişdir)”. Mən: “(Bunu) mütləq Peyğəmbərə (s.a.s) söyləyəcəyəm”- dedim, sonra da Peyğəmbərin (s.a.s) yanına gəldim. O, səhabələri ilə birgə oturmuşdu. Mən deyilənləri onun qulağına pıçıldadım. Bu (sözlər) ona çox ağır gəldi, sifəti dəyişdi və qəzəbləndi. Kaş ki, bunu ona bildirmiş olmayaydım. O dedi: “Musaya bundan da çox əziyyət verildi, amma o, səbir etdi”.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz