Əziyyət verən şeyi (yoldan) kənar etmək
عن أبى برزة الأسلمى قال قلت يا رسول الله دلنى على عمل يدخلنى الجنة قال أمط الأذى عن طريق الناس
Əbu Bərzə əl-Əsləmi (r.a) rəvayət edir ki, mən Peyğəmbərə (s.a.s) dedim: “Ey Allahın elçisi! Mənə elə bir əməl öyrət ki, o məni Cənnətə daxil etsin”. O dedi: “Əziyyət verən şeyi insanların yolundan kənar et!”
[ Səhihdir ]
عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال مر رجل (مسلم) بشوك في الطريق فقال لأميطن هذا الشوك لا يضر رجلا مسلما فغفر له
Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Müsəlman kişi yol üstündəki tikanın yanından keçərkən (öz-özünə): “Mən bu tikanı kənar edim ki, heç bir müsəlmana əziyyət verməsin”- dedi və onun (günahları) bağışlandı”.
[ Səhihdir ]
عن أبى ذر قال قال رسول الله صلى الله عليه وسلم عرضت على أعمال أمتى حسنها وسيئها فوجدت في محاسن أعمالها أن الأذى يماط عن الطريق ووجدت في مساوىء أعمالها النخاعة في المسجد لا تدفن
Əbu Zərr (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Ümmətimin yaxşı və pis əməlləri mənə göstərildi. Onların yaxşı əməlləri arasında (insanlara) əziyyət verən şeyin yoldan kənarlaşdırıldığını, pis əməlləri arasında isə məsciddəki tüpürcəyin torpaqla basdırılmadığını gördüm”.
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz