Hədis elmi

Danışmağa və sual verməyə böyüklər başlayar


عن رافع بن خديج وسهل بنابى حثمة أنهما حدثا أو حدثاه أن عبد الله بن سهل ومحيصة بن مسعود أتيا خيبر فتفرقا في النخل فقتل عبد الله بن سهل فجاء عبد الرحمن بن سهل وحويصة ومحيصة ابنا مسعود إلى النبي صلى الله عليه وسلم فتكلموا في أمر صاحبهم فبدأ عبد الرحمن وكان أصغر القوم فقال له النبي صلى الله عليه وسلم كبر الكبر قال يحيى ليلى الكلام الأكبر فتكلموا في أمر صاحبهم فقال النبي صلى الله عليه وسلم أستحقوا قتيلكم أو قال صاحبكم بايمان خمسين منكم قالوا يا رسول الله أمر لم نره قال فتبرئكم يهود بأيمان خمسين منهم قالوا يا رسول الله قوم كفار فوداهم رسول الله صلى الله عليه وسلم من قبله قال سهل فأدركت ناقة من تلك الإبل فدخلت مربدا لهم فركضتنى برجلها

Rafi ibn Xədic və Səhl ibn Əbu Həsmə rəvayət edirlər ki, Abdullah ibn Səhl (r.a) və Muheyyisə ibn Məsud (r.a) Xeybərə gəldilər. Onlar Xurma baxçasında bir-birindən ayrıldılar. Sonra Abdullah ibn Səhl (r.a) öldürüldü. Abdurrəhman ibn Səhl (r.a) və Məsudun oğlanları – Huveyyisə (r.a) və Muheyyisə (r.a) Peyğəmbərin (s.a.s) yanına gəldilər ki, yoldaşları barədə ona xəbər versinlər. Onların ən kiçiyi – Abdurrəhman (r.a) sözə başladıqda Peyğəmbər (s.a.s) dedi: “(Özündən) böyüklərə hörmət et!”
Yəhya dedi: Yaşca ən böyük olan danışsın. Sonra onlar yoldaşları barədə ona xəbər verdilər. Peyğəmbər (s.a.s) (ölənin qardaşına) buyurdu: “Ölünüzdən – yaxud yoldaşınızdan – ötrü (onun yəhudilər tərəfindən öldürüldüyünə dair) əlli kişinin andı ilə iddia edə bilərsinizmi?” Onlar dedilər: “Ey Allahın elçisi! Bu, görmədiyimiz bir işdir”. O dedi: “Elə isə yəhudilərdən əlli kişi and içərək ittihamınızdan qurtulsunlar”. Onlar dedilər: “Ey Allahın elçisi! (Onlar) kafir tayfadır”. Peyğəmbər (s.a.s) öz tərəfindən onlara qanbahası verdi.
Səhl deyir ki, bu (qanbahası olaraq verilmiş) dəvələrdən bir dişi dəvə tövləyə girdi və ayağı ilə məni vurdu.
[ Səhihdir ]

Oxşar məqalələr

Hədis elmi

Qohumluq əlaqələrını möhkəmləndırməyın fəzılətı

عن أبى هريرة قال اتى رجل النبي صلى الله عليه وسلم فقال يا رسول الله ان لي قرابة أصلهم ويقطعون وأحسن إليهم ويسيئون إلى ويجهلون على وأحلم عنهم قال لئن …

2 dəq. oxunuş 3 853
Hədis elmi

Mömin tənə vuran deyil

عن سالم بن عبد الله قال ما سمعت عبد الله لاعنا أحدا قط ليس إنسانا وكان سالم يقول قال عبد الله بن عمر قال رسول الله صلى الله عليه وسلم لا ينبغي للمؤمن…

3 dəq. oxunuş 4 086

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz