Adam öz sözünü (hamıya) bəlli olan kimsələrə aid etməməlidir
قالت عائشة صنع النبي صلى الله عليه وسلم شيئا فرخص فيه فتنزه عنه قوم فبلغ ذلك النبي صلى الله عليه وسلم فخطب فحمد الله ثم قال ما بال أقوام يتنزهون عن الشيء أصنعه فوالله إني لأعلمهم بالله وأشدهم له خشية
436. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) bir iş gördü və bu işi görməyə rüsxət verdi. Bir dəstə adam bu işdən boyun qaçırdı. Bu xəbər Peyğəmbərə (s.a.s) çatdıqda qalxıb xütbə verdi. Allahı tərif etdikdən sonra dedi: “Bəzi adamlara nə olub ki, mən gördüyüm işdən boyun qaçırırlar? Allaha and olsun ki, aralarında Allahı ən yaxşı tanıyan, Ondan ən çox qorxan mənəm!”
[ Səhihdir ]
عن أنس قال كان النبي صلى الله عليه وسلم قل ما يواجه الرجل بشيء يكرهه فدخل عليه يوما رجل وعليه أثر صفرة فلما قام قال لأصحابه لو غير أو نزع هذه الصفرة
437. Ənəs (r.a) deyir ki, Peyğəmbər (s.a.s) çox vaxt xoşuna gəlmədiyi bir şeyi adamın üzünə deməzdi. Bir gün onun yanına bir kişi gəldi. Onun paltarında zəfəran ləkəsi var idi. Kişi qalxıb getdikdən sonra Peyğəmbər (s.a.s) dedi: “Kaş bu ləkəni təmizləyəydi, yaxud (paltarı) əynindən çıxaraydı!”
[ Zəifdir ]
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz