... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ
QUR'AN
HƏDİS
NAMAZ
RAMAZAN
ZİKRLƏR
QADINLAR ÜÇÜN
SƏHABƏLƏR
KİTABXANA
MƏQALƏLƏR
MİNBƏR
SUAL - CAVAB
FOTO QALEREYA
BANERLƏR
QONAQ KİTABI
FORUM

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika

Dost saytlar

Iravan.com

Put k Koranu. Sayt Kuliyeva Elmira


Yeniliklər
  • A R X I V
  • 21 Yanvar 2005
    BAYRAMINIZ MÜBARƏK
    بسم الله الرحمن الرحيم
    (Rəhmli, Mərhəmətli Allahın adı ilə!)
    Əs-sələmu aleykum müsəlman bacı və qardaşlarımız!
    Bu gün bütün dünya müsəlmanlarının iki möhtəşəm və gözəl bayramından biri olan Qurban bayramıdır. Bu bayram münasibəti ilə bütün dünya müsəlmanlarını, azerislam oxucularını və ümumilikdə bütün müsəlman bacı və qardaşlarımızı ürəkdən təbrik edirik! Allah bu gün həcc mərasimini başa vuran müsəlmanların həccini və onların kəsdikləri qurbanı qəbul etsin! Amin! O cümlədən həcc etmək imkanı olmayan, lakin evində qurban kəsən müsəlmanların qurbanlarını qəbul etsin və onlara da həcc edib öz qurbanlarını o müqəddəs yerlərdə kəsməyi nəsib etsin! AMIN!
    Allah millərimizə hidayət versin!

    daha ətraflı | Oxunulub (1)

    03 Yanvar 2005
    OXUCULARIN NƏZƏRİNƏ
    Bütün Azerislam oxucularının nəzərinə!
    Son vaxtlar bir çox oxucularımız bizə müraciət edərək şəhərdə bəzi dini yazılar çap olunmuş vərəqlərin sonunda azerislam.com yazısına rast gəldiklərini bildiriblər.
    Azerislam.com bütün oxucularının nəzərinə çatdırır ki, internet saytmızda yazılmamış və hansısa vərəqələr şəkilində buraxılmış kağızlara görə məsuliyyət daşımır.
    Əgər bir yazı görsəniz və onu Azerislam.com -da tapmasanız bilin ki, bu Azerislamın işi deyil.
    Diqqətinizə görə təşəkkür edirik.
    |

    26 Dekabr 2004
    SUAL-CAVAB MÜVƏQQƏTİ OLARAQ BAĞLANIR
    Bütün Azerislam oxucularının nəzərinə bir məsələni çatdırırıq.
    Son aylar ən aktual sahəmiz olan SUAL-CAVAB bölməsində bu günə qədər 750 oxucu sualına cavab verilib.
    Bundan əlavə sual-cavab bazasında daha yüzlərlə sual hazırda cavabsız qalır.
    Bütün bunları və qarşıdaki Həcc ziyarətini nəzərə alaraq qərara aldıq ki...
    daha ətraflı | Oxunulub (4)

    11 Dekabr 2004
    HƏCC ZİYARƏTİ YAXINLAŞIR
    Artıq Həcc ziyarətinə çox az bir vaxt qaldı.
    Azərbaycandan da bir çox zəvvzrların bu ziyarətə yola düşmələrini nəzərə alaraq oxucularımızın nəzərinə Həcc ziyarətinin ərkanlarından təqdim edirik.
    Allahdan istəyimiz budur ki, Həccə gedən müsəlman qardaş və bacılarımızı sağ-salamat bu ziyarəti ixlasla başa vurub geri qayıtmalarında onlara kömək olsun. Amin!
    daha ətraflı | Oxunulub (8)

    06 Dekabr 2004
    AZƏRBAYCANDA SEYİD VAR?
    Din deyəndə əvvəllər Azərbaycanımızda insanlara ya seyid ya da molla kimi baxırdılar.
    Çünki bu iki söz dəb şəklini almış və zaman-zaman dini cəhətdən az biliyə malik olan insanları aldadaraq özlərini əsl müsəlman kimi qələmə verən bəzi fırıldaqçıların yolu olmuşdur.
    İndi isə daha o dövrlər getdi. Artıq Azərbaycan insanları dini cəhətdən maariflənir və mümkün olan resurslardan istifadə edərək öz dinlərini daha da dərindən öyrənməyə çalışırlar.

    daha ətraflı | Oxunulub (9)

    29 Noyabr 2004
    BIZ HANSI MƏZHƏBİ SEÇƏK ???
    Oxucularımızdan biri, bizə "Biz hansı məzhəbi seçək" sualı ilə müraciət edib.
    Əksər oxucuları maraqlandıran bu sualın cavabı da elə də qeyri adi deyil. Dinimizi olduğu kimi təqdim edən Azerislam bu sualı belə cavablandırdı.
    daha ətraflı | Oxunulub (6)

    23 Noyabr 2004
    ÜÇ İL SİZİNLƏ
    Ramazan ayının 1-də 3 ili tamam olan Azerislam ünvanı həmişə olduğu kimi sabit olaraq qalır.
    Dinimizin olduğu kimi təqdim olunan ünvanı olan Azerislam, qarşıda daha neçə-neçə yeni layihələri ilə dünya müsəlmanlarını inşallah sevindirəcək.
    Məqsədimiz Allahdan qorxan, savadlı, vicdanlı, vətənini sevən gənclərlə dolu olan bir Azərbaycan görmək və haqqı bilməyənlərə çatdırmaq, həm də vətənimizi kafirlər tapdağından azad etməkdir.
    Elə isə siz də bu ünvanı tanımayanlara, haqqı araşdırmağa və öz dinini təhrifsiz həm də olduğu kimi öyrənmək istəyənlərə çatdırın.
    İnsan Allahdan qorxduqda, Onun əmrlərini qeyri şərtsiz yerinə yetirdikdə müstəqil olur. Siz də müstəqil olun.
    Müqəddəs kitabımıza, Qur?anımıza sarılın. Onu oxuyun və oxuya bilməyənlərə öyrədin.
    Allahdan istəyimiz odur ki, bizləri hər zaman haqqa yönəltsin və bizləri dinimizdə sabit olaraq qalanlardan etsin. Amin!
    daha ətraflı | Oxunulub (7)

    © Azerislam.com - Mustəqil Islam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir.
    Materiallardan istifadə etdikdə istinad vacibdir.e-mail: mail@azerislam.com   ICQ #99931111
    MSN: azerislam@hotmail.com - YAHOO: azerislam@yahoo.com