Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!

[Əl-Bəqərə, 184]


Ramazan və Qurban bayramının gecələrini haqqı ilə keçirən kimsənin qəlbi, qəlblərin öldüyü gün ölməz.

(İbni Macə, Təbarani)


Oruc tutmaq, özünü tutmaqdır.
 
Abunə olmaq
İmtina etmək
KİTABIN ADI MÜXTƏSƏR ŞƏRHİ ƏMƏLİYYATLAR
Yeganə Mirzəyeva

 RAMAZAN DÜŞÜNCƏLƏRİ

Bu kitab bir Ramazan ayında doğulan düşüncələrimin sizinlə paylaşılmasıdır. Çünki, mənim dinim paylaşanların dinidir. Sahib olduğumuz şeylərdən Allah yolunda paylaşmaq, bölüşmək. İstər maddi, istər mənəvi. Və mən də bu kitabla düşüncələrimi sizinlə paylaşıram. Və bu fürsəti mənə lütf edən Allaha həmd edirəm. Həmd olsun bizə düşünmək, Onu tanımaq neməti bəxş edən mərhəmətli Allahımıza. Zatən ondan başqa tərifəlayiq kimsə yox.  Mündəricat
İmam Nəvəvi

 RİYAZ əs-SALİHİN

MÜSƏLMANIN HƏYAT ÖLÇÜLƏRİ  Mündəricat
Əlixan Musayev

 İMAM HÜSEYN

İmam Hüseynin başına gələn müsibətlər İslam tarixinin ən kədərli hadisələrindən biridir. Bu hadisələr həm də gələcək nəsillər üçün bir məktəbdir ki, İslama bağlanmaq və bu dində sıx birləşmək zərurətini bildirir. İmam Hüseyn da məhz belə düşünüb və belə yaşayan insanlardan olub. Onu sevən insanlar da onun kimi dinə layiqincə xidmət edib müsəlmanların birliyinə çalışmalıdırlar.
Bu risalə həmçinin bu hadisədən irəli gələrək parçalanan ümmətin, elmsizliyi ucbatından bir-birinə düşmən kəsilən tərəflərin birliyinə bir səslənişdir. Sözü gedən və buna oxşar tarixi hadisələr biz müsəlmanların birliyinə, isti münasibətlərinə, mehribançılığına təsir göstərməməlidir. Anlamalıyıq ki, güc birlikdədir. İxtilaf isə birliyi sarsıdır və deməli gücümüzü də tükəndirir. Keçmişi xatırlayaraq müsəlmanların arasına ikitirəlik salan, onların arasında fitnə-fəsad yayan münafiqlərin isə vay halına.
 PDF formatı
Mustafa İslamoğlu

 QUR'ANIN GÜCÜ

Əgər siz "kitabın da gücü olarmı?" deyirsinizsə o zaman bilin ki, əgər bu kitab Allahın insanlığa göndərdiyi son kitabdırsa, Qur'ani-Şərifdirsə o zaman bu kitabın gerçək bir gücü var. Bu səsli kitabı dinləməklə siz bir daha bu gücün şahidi olacaqsınız.  Mündəricat
Mustafa İslamoğlu

 RƏSULULLAHIN (s.a.s) HƏYATI

Qur'an tələbəsi, qardaş Türkiyədə təfsir elmində böyük bir xidmətdə rolu olan Mustafa İslamoğlunun Allah Rəsulu -səllallahu aleyhi va səlləmin- həyatını başdan sona əks etdirən bu səsli MP3 formatlı əsərindən hər bir müsəlman faydalana bilər. Yetər ki, aləmlərə rəhmət olaraq göndərilmiş sevimli və əziz öndərimiz Rəsulullahı -səllallahu aleyhi va səlləmi- daha yaxından tanımaq üçün bu əsərdən faydalanaq.  Mündəricat
Əlixan Musayev

 HÖKMLӘRİN ӘSASI

Bu kitabın haşiyәsindә yazılan bәzi kәlmәlәrin izahı, İnb Hәcәr әl-Әsqәlaninin «Sәhihu-l-Buxari»yә vә әn-Nәvәvinin «Sәhih Müslim»ә verdiyi şərhdәn, hәmçinin hәdislәrdәn çıxarılan nәticәlәr dә bu mәnbәlәrdәn vә bir dә Abdullah ibn Әbdürrәhman ibn Saleh Әli Bәssәmin bu kitaba verdiyi şərhindәn götürmüşəm.  PDF formatı
Əlixan Musayev

 ÜÇ SUAL

Bu kitabçada hәr kәsi dünyadan köçdükdәn sonra gözlәyәcәk bәzi hadisәlәrә toxunulur vә ilkin olaraq verilәcәk üç sual barәsindә bәhs edilir.  PDF formatı
Ramil Soltanov

 ÖLÜMƏ QƏDƏR

Əsrlərdir insanları düşündürən, onlar üçün qaçınılmaz olan və heç zaman çarə tapa bilmədikləri bir reallıq mövcuddur. Bu reallıq dünya durduqca öz qüvvəsində qalacaq və cismində ruhu olan hər bir məxluq onunla gec‐tez qarşılaşacaq.
Bu risaləmizdə haqqında danışacağımız ölüm elə bir şeydir ki, hər bir nəfs onu dadacaq...
 PDF formatı
Əlixan Musayev

 MÜSAFİRİN CİB KİTABI

Kitabça, müxtəlif səbəblərə görə tez-tez səfərə çıxan qardaşlarımızın xahişi nəzərə alınaraq tərtib edilmişdir. Burada, uzaq və ya yaxın yola çıxmasından asılı olmayaraq, müsəlmana səfərə aid kifayət qədər zəruri dini-əxlaqi məziyyətli məlumat və biliklər verilir, səfərdə namaz qılınması, oruc tutulması və müsafirliyin digər xüsusiyyətləri ilə əlaqəli başqa bu kimi məsələlər barədə şəriət qaydalarından bəhs edilir.  PDF formatı
Mustafa İslamoğlu

 ADAYIŞ RİSALƏSİ

Bu risalə klassik mənada bir təfsir olmağın bütün keyfiyyətlərini daşımaya bilər. Beləki, bu çalışma Quran qissələri üzərində işlənilmiş orijinal çalışmaların təvazökar nümunəsi sayıla bilər. Bu əsər Qahirədə verdiyimiz təfsir dərslərinin kitablaşmış halıdır.
Əslində bu risalənin yazılma məqsədi praktiki qayğılardan qaynaqlanaraq müsəlmanların yaşadıqları problemlərin həllində Quranın inkar edilməz yardımına diqqət çəkmək, səadət və qurtuluşun qaynağı olan Kitabi Kərimimizdən hər tərəfli istifadəni artırmaqdır.
«Allah alimdir» və «O, hər şeyin özünü biləndir»
 PDF formatı
Haris əl-Muhasibi

 FƏRZ ET Kİ, ÖLDÜN

İmam Əhməd bin Hənbəlin vaxtında yaşayan Haris əl-Muhasibi bu kitabında ayə və hədislər işığında oxucunun əlindən tutaraq ölümdən sonra başına gələcəkləri addım-addım yaşatmağa çalışmışdır. Bu kitabı oxuduğunuz zaman Cənnətin nemətlərini dadmış və Cəhənnəmin yandırıb-yaxan qaynarlığını ənsənizdə hiss etmiş olacaqsınız.  Mündəricat
Ramil Soltanov

 CÜMƏ NAMAZI

Uca Allah cümə namazını müsəlmanlara cümə günü qılmağı əmr etmişdir. Bu, Allahın bizə bəxş etdiyi böyük bir nemətdir. Məhz bu gündə müsəlmanlar bir yerə toplaşır, Allah və Rəsulunun (s.a.s) kəlamını eşitdikdən sonra namaz qılaraq oradan ayrılırlar.
Ayların ən xeyirlisi Ramazan, gecələrin ən xeyirlisi qədr, günlərin ən xeyirlisi isə cümə günüdür.
 PDF formatı
Ramil Soltanov

 ALİMLƏRİN İXTİLAFI

İslamdan əvvəlki dinlərin alimləri Allahın onlara göndərmiş olduğu dini təhrif etdiklərinə və haqqı insanlardan gizlətdiklərinə görə dövrlərinin ən şərli insanları hesab olunurlar. İslamın qaranlığa doğan günəş kimi vüsətindən sonra isə bir çox başqa nəsnələrdə olduğu kimi elm adamlarına – alimlərə olan münasibət də köklü surətdə dəyişməyə başladı. Hazırda müsəlman ümmətində ən hörmətli və şərəfli insanlar alimlər hesab olunurlar.
Məhz buna görə müsəlmanların çoxunu narahat edən və İslam elmində zəif olan insanlara qaranlıq qalan mühüm məsələlərdən biri də böyük alimlərin ixtilaf etmələridir...
 PDF formatı
Samin Şirvani

 DUA VƏ ƏHKAMLARI

Hörmətli oxucu, bu kitabın çox hissəsi Şeyx Abdu‐l‐Aziz ibn Bəzin təqdim etdiyi Şeyx Məhəmməd ibn İrahim əl‐Həmədin “əd‐Dua” kitabının, qalan hissəsi isə öz sözlərim və bir neçə mötəbər kitabların bəhrəsidir. Kitab adından məlum olduğu kimi İslam dininin ən mühüm məsələlərindən biri olan dua və onun əhkamlarından bəhs edir. Duanın İslamda böyük bir yeri vardır. Çünki dua etmək Allah‐Təalaya yaxınlaşmaöa səbəb olan ən böyük amillərdən biridir. Allah‐Təala “Qurani‐Kərim”də bir neçə ayədə qullarına Ona dua etmələrini əmr etmiş, duanı tərk etməkdən çəkindirmiş, Ona səmimi qəlbdən dua edənlərin savaba nail olduqlarını bildirərək onları mədh etmiş və hətta, duanı ibadət adlandırmışdır. Həqiqətən də dua hər bir xeyrin açarı və hər bir şərin qıfılıdır. Dua Allah‐Təalaya ən sevimli bir əməl olduğu üçün Öz müqəddəs kitabı olan “Qurani‐Kərim”i dua ilə başlayaraq dua ilə də bitirmişdir…  PDF formatı
Əlixan Musayev

 PEYĞƏMBƏRİN (s.a.s) ƏXLAQI - Muhəmməd ibn İsmail əl-Buxari

Dinimizin əsas tərkib hissəsi olan əxlaq problemi bu gün də bəşəriyyətin gözəl inkişafı qarşısında öz aktuallığını itirməyib və deyərdim ki, daha da böyük əhəmiyyət kəsb edir. Bu məsələyə tez-tez mətbuatda, televiziya və radio proqramlarında toxunulur. Sözsüz ki, bu çox müsbət haldır. Və əxlaq mövzusu ilə bağlı təşkil edilən hər belə müzakirələrdə əxlaqi keyfiyyətləri insanlara örnək ola biləcək bir meyar axtarışı da olur. Sözsüz ki, fikir azadlığına məxsus hər bir şəxs əxlaq məsələsində müəyyən meyarlara söykəndiyini ifadə edir. Mən də öz növbəmdə bu risalə vasitəsilə özüm üçün seçdiyim əxlaqi meyar barədə sizinlə söhbət açmağı qarşıma məqsəd qoymuşam. Əminəm ki, belə bir nümunəvi insan digər məsələlərdə olduğu kimi əxlaq məsələsində də Peyğəmbərimizdir (s.a.s).  Mündəricat
Ramil Soltanov

 GECƏ NAMAZI

Gecə namazı vacib buyurulmuş namazlardan sonra ən fəzilətli namaz sayıldığına görə bu risaləmizdə məhz bu namaz barəsində danışacağıq.  PDF formatı
Əlixan Musayev

 CƏNNƏTLƏ MÜJDƏLƏNƏNLƏR

İslam tarixinə nəzər salsaq görərik ki, neçə-neçə Allah bəndəsi İslamı yaşamış və müsəlman olaraq həyatdan köçmüşdür. Onlar hal hazırda aramızda olmasalar da gözəl əməlləri sayəsində adları bu günədək imanlı insanlar kimi xatırlanmış və gələcək nəsillərə tanıdılmışdır...  PDF formatı
Əlixan Musayev

 ELMİN FƏZİLƏTİ

Bu kitabda İslamın elmə verdiyi qiyməti, həm də təmiz və saf dinimizin cahillikdən, xurafatdan, terrordan və s. bu kimi əsassız ittihamlardan uzaq olmasını ortaya qoylub.  PDF formatı
Əlixan Musayev

 RAŞİDİ XƏLİFƏLƏR

Imam Əli demişdir: «Peyğəmbərimizin səhabələrini söyməməyi sizə vəsiyyət edirəm. Onlar Peyğəmbərdən sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər də belə vəsiyyət etmişdir».
"Biharu-l-Ənvar", 22/305-306
 PDF formatı
Əlixan Musayev

 10 HAQQ

Müsəlman qardaş və bacılarım! Bu müxtəsər və maraqlı risalə sizi ədalətli olmağa sövq edər və hər bir haqqı olanın haqqını ödəməyə vadar edər. Bu haqlar hər bir müsəlman üçün ən mühüm olan haqdır və bu haqları ödəmək hər bir müsəlmanın borcudur.  PDF formatı
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:43
GÜNƏŞ07:15
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:14
MƏĞRİB [ 3 rükət ]20:00
İŞA [ 4 rükət ]21:28
GECƏYARI00:51
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka