(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
[Əl-Bəqərə, 184]
Rəsulullah(s.a.s): "Kim Allahu Təala yolunda bir gün oruc tutsa, Allah onunla od arasını, genişliyi səma ilə ərş arasını tutan bir xəndək edər".
(Tirmizi)
Oruc tutmaq, özünü tutmaqdır.
TÖVBƏ
[ Düşüncə gündəmi / 1397 dəfə baxılıb ]
Hər tövbə günah hədəfinə atılmış bir oxdur. Əgər doğru bir niyyətlə düzgün nişan almısınızsa, hədəfinizi vurmuş və o günahı heç etməmiş kimi olarsınız.