(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
[Əl-Bəqərə, 184]
Ramazan və Qurban bayramının gecələrini haqqı ilə keçirən kimsənin qəlbi, qəlblərin öldüyü gün ölməz.
(İbni Macə, Təbarani)
Oruc tutmaq, özünü tutmaqdır.
GÜCÜN RƏBBİNƏ TƏŞƏKKÜR BELƏ OLAR
[ Düşüncə gündəmi / 2347 dəfə baxılıb ]
Danimarknın Herninq şəhəri, 26-Sentyabr 2009. Güləş üzrə dünya çempionatında 60 kq. çəkidə mübarizə aparan həmyerlimiz Vitali Rəhimov bürünc medal uğrunda mübarizəni başa çatdırıb döyüşün qalibi olduğunu bildikdə dünyanın gözü qarşısındaca Gücün və Qüvvətin Sahibinə şükür əlaməti olaraq səcdə etdi... Səcdəsinin ünvanını isə şəhadət barmağı ilə göstərdi. Budur Allahlı bir ömür. Qələbə Allahdandır!-şüarının təsdiqi belə olur. Dünyaya dərs verən idmançımıza Allahdan daha böyük nailiyyətlər arzu edirik.