(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
[Əl-Bəqərə, 184]
Ramazan və Qurban bayramının gecələrini haqqı ilə keçirən kimsənin qəlbi, qəlblərin öldüyü gün ölməz.
(İbni Macə, Təbarani)
Oruc tutmaq, özünü tutmaqdır.
İNSAN
[ Düşüncə gündəmi / 3914 dəfə baxılıb ]
Ana bətnində yatmış vəziyyətdə 6 günlük insan embrionu.
Allahın varlığına inanmaq üçün dənizlərin yarılması, ölünün dirilməsi və ya Ayın parçalanmasını görməyə gərək yoxdur. İnanmaq istəyən qəlb ətrafına baxıb bir az düşünsə yetər. Qurani-Kərimin bir çox yerində bizlərə xitabən deyilir ki, "Siz heç düşünmürsünüz?"