Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QITLIQ VƏ ACLIQ DÖVRÜNDƏ TƏSƏLLİ VERMƏK

[ Hədis elmi / 7788 dəfə baxılıb ]   
|
 


عن أبى هريرة قال يكون في آخر الزمان مجاعة من أدركته فلا يعدلن بالأكباد الجائعة


560.Əbu Hureyra (r.a) demişdi: “Axır zamanda bir aclıq olacaq. Kim bu aclıq dövrünə yetişsə, qarnı ac olanlardan üz çevirməsin (onlara əl tutsun)”.
[ İsnadı zəifdir ]

عن أبى هريرة أن الأنصار قالت للنبي صلى الله عليه وسلم اقسم بيننا وبين إخواننا النخيل قال لا فقالوا تكفونا المؤونة ونشرككم في الثمرة قالوا سمعنا وأطعنا


561.Əbu Hureyra (r.a) rəvayət edir ki, ənsar Peyğəmbərə (s.a.s) dedi: “Xurma ağaclarını bizimlə (mühacir) qardaşlarımız arasında paylaşdır. O: “Xeyr!”- deyə cavab verdi. Ənsar (mühacirlərə) dedi: “Elə isə siz işləyin, biz də məhsulda sizi özümüzə şərik edək”. Onlar da: “Eşitdik və qəbul etdik”- dedilər.
[ Səhihdir ]

عن عبد الله بن عمر أخبره أن عمر بن الخطاب رضي الله عنه قال عام الرمادة وكانت سنة شديدة ملمة بعد ما اجتهد عمر في إمداد الأعراب بالإبل والقمح والزيت من الأرياف كلها حتى بلحت الأرياف كلها مما جهدها ذلك فقام عمر يدعو فقال اللهم اجعل رزقهم على رءوس الجبال فاستجاب الله له وللمسلمين فقال حين نزل به الغيث الحمد لله فوالله لو أن الله لم يفرجها ما تركت بأهل بيت من المسلمين لهم سعة إلا أدخلت معهم أعدادهم من الفقراء فلم يكن اثنان يهلكان من الطعام على ما يقيم واحدا


562.Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Ömər ibnul-Xəttab (r.a) demişdir: “Şiddətli bir fəlakət ili olmuşdu ki, buna Qıtlıq ili deyirdilər. Ömər (r.a) bütün məhsuldar ərazilərdən dəvə, buğda və zeytun yağı ilə (ehtiyaclı) bədəvilərə çox yardım etdi. Nəhayət bütün məhsuldar ərazilər qurudu. Bu vaxt Ömər (r.a) qalxıb dua etdi: “Allahım! Onların ruzisini dağların başında yarat!” Allah da onun və müsəlmanların duasını qəbul etdi. Duanın vasitəsilə yağış yağdıqda dedi: “Allaha həmd olsun! Allaha and olsun ki, əgər Allah bu fəlakəti bizdən sovuşdurmasaydı, imkanlı müsəlman ailələrindən birini belə buraxmayıb ailə üzvlərinin sayı qədər kasıbları onların evlərinə daxil edərdim. Beləliklə də bir nəfərin yediyi yeməkdən iki nəfər yeməklə məhv olmazdılar”.
[ İsnadı səhihdir ]

عن سلمة بن الأكوع قال قال النبي صلى الله عليه وسلم ضحاياكم لا يصبح أحدكم بعد ثالثة وفي بيته منه شيء فلما كان العام المقبل قالوا يا رسول الله نفعل كما فعلنا العام الماضي قال كلوا وادخروا فإن ذلك العام كانوا في جهد فأردت أن تعينوا


563.Sələmə ibnul-Əkva (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Qurbanlarınıza diqqət edin! Heç biriniz üç gündən artıq qurban ətindən evində heç bir şey saxlamasın”. Növbəti il gəldikdə (səhabələr) dedilər: “Ey Allahın elçisi! Keçən il etdiyimiz kimi edəkmi?” Peyğəmbər (s.a.s) dedi: “Yeyin və ehtiyatınızı da götürün. Keçən il (camaat) qıtlıq içində yaşayırdı. Ona görə də mən istəyirdim ki, siz onlara kömək edəsiniz”.
[ Səhihdir ]
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:56
GÜNƏŞ07:26
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:01
MƏĞRİB [ 3 rükət ]19:40
İŞA [ 4 rükət ]21:06
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka