Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

İNSANIN HAQSIZLIĞA GÖRƏ ƏVƏZ ÇIXMASI


عن عائشة رضي الله عنها أن النبي صلى الله عليه وسلم قال لها دونك فانتصرى


Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) ona belə demişdi: “Qalx (sənə edilən haqsızlığın) əvəzini çıx!”
[ Səhihdir ]

عن عائشة قالت أرسل أزواج النبي صلى الله عليه وسلم فاطمة إلى النبي صلى الله عليه وسلم فاستأذنت والنبي صلى الله عليه وسلم مع عائشة رضي الله عنها في مرطها فأذن لها فدخلت فقالت إن أزواجك أرسلننى يسألنك العدل في بنت أبى قحافة قال يا بنية أتحبين ما أحب قالت بلى قال فأحبى هذه فقامت فخرجت فحدثتهم فقلن ما أغنيت عننا شيئا فارجعى اليه قالت والله لا أكلمه فيها أبدا فارسلن زينب زوج النبي صلى الله عليه وسلم فاستأذنت فأذن لها فقالت له ذلك ووقعت في زينب تسبنى فطفقت أنظر هل يأذن لي النبي صلى الله عليه وسلم فلم أزل حتى عرفت أن النبي صلى الله عليه وسلم لا يكره أن أنتصر فوقعت بزينب فلم أنشب أن أثخنتها غلبة فتبسم رسول الله صلى الله عليه وسلم ثم قال أما إنها ابنة أبى بكر


559.Aişə (r.a) rəvayət edir ki, Peyğəmbərin (s.a.s) zövcələri Fatiməni (r.a) onun yanına göndərdilər. Peyğəmbər (s.a.s) mənim yanımda olarkən Fatimə (r.a) içəri girmək üçün izn istədi. Peyğəmbər (s.a.s) ona izn verdi. O içəri daxil olub dedi: “Zövcələrin məni göndəriblər ki, səndən Əbu Quhafənin qızına (Aişəyə) aid haqlarda ədalətli olmağı tələb edim”. Peyğəmbər (s.a.s) soruşdu: “Qızım! Mənim sevdiyimi sən də sevirsənmi?” Fatimə (r.a): “Əlbəttə!”- deyə cavab verdi. Peyğəmbər (s.a.s) buyurdu: “Elə isə bunu (Aişəni) sev!” Fatimə (r.a) qalxıb getdi. O, bu haqda onun qadınlarına xəbər verdikdə dedilər: “Sən bizə heç bir fayda vermədin. Odur ki, (yenə) onun yanına qayıt”. Fatimə (r.a) dedi: “Allaha and olsun ki, mən bir daha onun haqqına dair Peyğəmbərə (s.a.s) söz deməyəcəyəm”. Bu dəfə onlar Peyğəmbərin (s.a.s) zövcəsi Zeynəbi (r.a) göndərdilər. O içəri girmək üçün izn istədi və Peyğəmbər (s.a.s) ona izn verdi.

Zeynəb (r.a) həmin sözləri ona söylədi. Sonra da mənə pis sözlər deməyə başladı. Mən (Peyğəmbərin (s.a.s) üzünə) baxmağa başladım ki, görəsən (ondan heyfimi almağa) mənə izn verəcəkmi. Mən bir qədər gözlədim. Nəhayət başa düşdüm ki, Peyğəmbər (s.a.s) ondan heyfimi almağa etiraz etməyəcək və Zeynəbin (r.a) cavabını verməyə başladım. Belə ki, (Zeynəbə r.a) söz deməyə macal vermədən onu üstələdim. Peyğəmbər (s.a.s) gülümsəyib dedi: “Doğrudan da o, Əbu Bəkrin qızıdır!”
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:02
MƏĞRİB [ 3 rükət ]17:22
İŞA [ 4 rükət ]18:52
GECƏYARI23:38
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka