Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XƏSTƏYƏ NƏ DEYİLİR


عن عائشة انها قالت لما قدم رسول الله صلى الله عليه وسلم المدينة وعك أبو بكر وبلال قالت فدخلت عليهما قلت يا أبتاه كيف تجدك ويا بلال كيف تجدك قالت وكان أبو بكر إذا أخذته الحمى يقول كل امرئ مصبح في أهله والموت أدنى من شراك نعله وكان بلال إذا أقلع عنه يرفع عقيرته فيقول ألا ليت شعرى هل أبيتن ليلة بواد وحولى إذخر وجليل وهل أردن يوما مياه مجنة وهل يبدون لي شامة وطفيل قالت عائشة رضي الله عنها فجئت رسول الله صلى الله عليه وسلم فأخبرته فقال اللهم حبب إلينا المدينة كحبنا مكة أو أشد وصححها وبارك لنا في صاعها ومدها وانقل حماها فاجعلها بالجحفة


525.Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) Mədinəyə gəldikdə Əbu Bəkr (r.a) və Bilal (r.a) xəstələnmişdilər. Mən onlara baş çəkməyə getdim və dedim: “Atacan! Özünü necə hiss edirsən? Ey Bilal! Özünü necə hiss edirsən?”
Əbu Bəkrin (r.a) qızdırması qalxanda deyərdi:
Hər kəs səhər oyanar, ailəsində yuxudan,
Ölüm ona yaxın olar, çəkməsinin bağından.

Bilal da (r.a) sağaldıqda səsini qaldırıb deyərdi:

Nə olaydı biləydim bir gecə qalacağammı?
Vadidə ətrafımda izxir (ətirli qamışdır), cəlil (nazik gövdəli ev bitkisidir) olarmı?
Micənnənin (Məkkədən bir neçə mil aralıda yerləşən yer adıdır.) sularına bir gün yetişəcəyəmmi?
Şama və Təfil (Şama və Təfil - Məkkə yaxınlığındakı dağlardır) dağı gözümə görünəcəklərmi?

Aişə (r.a) deyir ki, mən Peyğəmbərin (s.a.s) yanına gəlib bunu ona xəbər verdim. O dedi: “Allahım! Məkkəni bizə sevdirdiyin kimi, yaxud bundan artıq bir sevgiylə Mədinəni də bizə sevdir. Onu xəstəliklərdən azad et. Bizim orada olan bir ovuc və dörd ovuc yeməyimizə bərəkət ver. Mədinədəki qızdıırma xəstəliyini Cuhfəyə yönəlt”.
[ Səhihdir ]

عن بن عباس أن النبي صلى الله عليه وسلم دخل على أعرابى يعوده قال وكان النبي صلى الله عليه وسلم إذا دخل على مريض يعوده قال لا بأس طهور إن شاء الله قال ذاك طهور كلا بل هى حمى تفور أو تثور على شيخ كبير تزيره القبور قال النبي صلى الله عليه وسلم فنعم إذا


526.İbn Abbas (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) bədəviyə baş çəkmək üçün onun yanına daxil oldu. Peyğəmbər (s.a.s) xəstəyə baş çəkmək üçün onun yanına daxil olduqda deyərdi: “Eybi yoxdur, inşallah (günahların) təmizlənir!” (Bədəvi) dedi: “Bu (xəstəlik günahları) təmizləyir?! Xeyr! Əksinə, o, yaşlı şeyxin üzərində qaynayan – yaxud alovlanan – bir qızdırmadır ki, onu məzarlara aparır”. Peyğəmbər (s.a.s) dedi: “Onda sən deyəndir! (Nəsihət qəbul etməyənin günahlarını təmizləməz)”
[ Səhihdir ]

عن نافع قال كان ابن عمر إذا دخل على مريض يسأله كيف هو فإذا قام من عنده قال خار الله لك ولم يزده عليه


527.Nafi rəvayət edir ki, ibn Ömər (r.a) xəstənin yanına gəldikdə soruşardı: “Onun halı necədir?” Qalxıb getdikdə isə: “Allah sənə xeyirlisini nəsib etsin!”-deyər və buna heç nə əlavə etməzdi.
[ İsnadı zəifdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:25
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:02
MƏĞRİB [ 3 rükət ]19:42
İŞA [ 4 rükət ]21:08
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka