Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BÖYÜYÜN FƏZİLƏTİ


عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال من لم يرحم صغيرنا ويعرف حق كبيرنا فليس منا

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kiçiyimizə rəhm etməyən, böyüyümüzün haqqını tanımayan bizdən deyildir”.
[ Səhihdir ]

عن عبد الله بن عمرو بن العاص يبلغ به النبي صلى الله عليه وسلم قال من لم يرحم صغيرنا ويعرف حق كبيرنا فليس منا

Abdullah ibn Amr ibn As (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Kiçiyimizə rəhm etməyən, böyüyümüzün haqqını tanımayan bizdən deyildir”.
[ Səhihdir ]

عن عبد الله بن عمرو بن العاص يبلغ به النبي صلى الله عليه وسلم مثله

Abdullah ibn Amr ibn As (r.a) buna bənzər hədis də rəvayət etmişdir.

عن عمرو بن شعيب عن أبيه عن جده قال قال رسول الله صلى الله عليه وسلم ليس منا من لم يعرف حق كبيرنا ويرحم صغيرنا

Amr ibn Şueyb atasından, o da babasından (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Böyüyümüzün haqqını tanımayan, kiçiyimizə rəhm etməyən bizdən deyildir”.
[ Səhihdir ]

عن أبى أمامة أن رسول الله صلى الله عليه وسلم قال من لم يرحم صغيرنا ويجل كبيرنا فليس منا

Əbu Umamə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Kiçiyimizə rəhm etməyən, böyüyümüzə hörmət göstərməyən bizdən deyildir”.
[ Həsən səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:25
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:02
MƏĞRİB [ 3 rükət ]19:42
İŞA [ 4 rükət ]21:08
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka