Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

XƏSİSLİK


عن جابر قال قال رسول الله صلى الله عليه وسلم من سيدكم يا بنى سلمة قلنا جد بن قيس على أنا نبخله قال و أي دائ أدوى من البخل بل سيدكم عمرو بن الجموح وكان عمرو على أصنامهم في الجاهلية وكان يولم عن رسول الله صلى الله عليه وسلم إذا تزوج


Cabir (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Ey Sələmə oğulları! Ağanız kimdir?” Biz dedik: “Cudd ibn Qeysdir. Biz onu xəsis hesab edirik”. O dedi: “Xəsislikdən daha betər xəstəlik ola bilərmi? Əksinə, ağanız Amr ibnul Cəmuhdur”. Amr (r.a) cahiliyyət dövründə onların bütləri üzərində nəzarətçi olmuşdur. O, Peyğəmbər (s.a.s) evlənəndə qonaqlıq verərdi.
[ Səhihdir ]


حدثنا وراد كاتب المغيرة قال كتب معاوية إلى المغيرة بن شعبة أن اكتب إلى بشيء سمعته من رسول الله صلى الله عليه وسلم فكتب إليه المغيرة إن رسول الله صلى الله عليه وسلم كان ينهى عن قيل وقال وإضاعة المال وكثرة السؤال وعن منع وهات وعقوق الأمهات وعن وأد البنات


Muğiranın (r.a) katibi Vərrad deyir ki, Muaviyə (r.a) Muğira ibn Şobəyə (r.a) belə bir məktub yazdı: “Mənə Peyğəmbərdən (s.a.s) eşitdiyin hədislərdən birini yaz”. Muğira (r.a) da ona belə yazdı: “Peyğəmbər (s.a.s) söz gəzdirməyi, var-dövləti israf etməyi, çox sual verməyi, xəsisliyi, anaların üzünə ağ olmağı və qız uşaqlarını diri-diri yerə gömməyi qadağan edərdi”.
[ Səhihdir ]

عن جابرا ما سئل النبي صلى الله عليه وسلم عن شيء قط فقال لا


Cabir (r.a) dedi: “Peyğəmbərdən (s.a.s) bir şey istədikdə heç vaxt ona yox deməzdi”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:25
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:02
MƏĞRİB [ 3 rükət ]19:42
İŞA [ 4 rükət ]21:08
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka