Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

GÜLMƏK


عن أبى هريرة قال قال النبي صلى الله عليه وسلم أقل الضحك فإن كثرة الضحك تميت القلب

Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Az gül! Həqiqətən, çox gülmək qəlbi öldürür”.
[ Həsəndir ]


عن أبى هريرة عن النبي صلى الله عليه وسلم قال لا تكثروا الضحك فإن كثرة الضحك تميت القلب


Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) buyurdu: “Çox gülməyin! Həqiqətən, çox gülmək qəlbi öldürür”.
[ Səhihdir ]

عن أبى هريرة قال خرج النبي صلى الله عليه وسلم على رهط من أصحابه يضحكون ويتحدثون فقال والذي نفسي بيده لو تعلمون ما أعلم لضحكتم قليلا ولبكيتم كثيرا ثم انصرف وأبكى القوم وأوحى الله عز وجل اليه يا محمد لم تقنط عبادي فرجع النبي صلى الله عليه وسلم فقال أبشروا وسددوا وقاربوا


Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) bir dəstə gülüb-danışan səhabələrinin yanına gəlib dedi: “Canım Əlində Olana and olsun ki, əgər mənim bildiklərimi bilsəydiniz, az gülüb çox ağlayardınız”. O çıxıb getdikdən sonra səhabələr ağladı. Qüdrətli və əzəmətli Allah isə ona belə vəhy etdi: “Ey Muhəmməd! Nə üçün qullarımı ruhdan salırsan?” Peyğəmbər (s.a.s) geri dönüb dedi: “Sevinin, düzgün olmağa çalışın və ifrata varmayın!”
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:25
ZÖHR [ 4 rükət ]13:34
ƏSR [ 4 rükət ]17:02
MƏĞRİB [ 3 rükət ]19:42
İŞA [ 4 rükət ]21:08
GECƏYARI00:48
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka