Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QONŞU QADIN ÖZ QONŞU QADININA QOÇ DIRNAĞINI BELƏ ƏSİRGƏMƏMƏLİDİR


عن عمرو بن معاذ الأشهلي عن جدته أنها قالت قال لي رسول الله صلى الله عليه وسلم يا نساء المؤمنات لا تحقرن امرأة منكن لجارتها ولو كراع شاة محرق

122. Amr ibn Muazın nənəsi (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) mənə dedi: “Ey mömin qadınlar! Qoy sizlərdən heç bir qadın öz qonşusuna qızarmış qoç ayağını belə əsirgəməsin”.
[ Səhihdir ]

عن أبى هريرة قال النبي صلى الله عليه وسلم يا نساء المسلمات يا نساء المسلمات لا تحقرن جارة لجارتها ولو فرسن شاة

123. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Ey müsəlman qadınlar! Ey müsəlman qadınlar! Qoy heç bir qonşu qadın öz qonşu qadınına qoç dırnağını belə əsirgəməsin”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:17
GÜNƏŞ06:55
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:31
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:06
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka