Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QONŞUYA ƏZİYYƏT VERMƏMƏK

[ Azerislam.com / 5772 dəfə baxılıb ]   
|
 

عن أبي هريرة يقول قيل للنبي صلى الله عليه وسلم يا رسول الله إن فلانة تقوم الليل وتصوم النهار وتفعل وتصدق وتؤذي جيرانها بلسانها فقال رسول الله صلى الله عليه وسلم لا خير فيها هى من أهل النار وفلانة تصلى المكتوبة وتصدق بأثوار ولا تؤذي أحدا فقال رسول الله صلى الله عليه وسلم هى من أهل الجنة"

119. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərə (s.a.s) dedilər: “Ey Allahın elçisi! Filan qadın gecə namaz qılır, gündüz oruc tutur, yaxşı işlər görür, sədəqə verir, amma qonşularına dili ilə əziyyət verir”. Peyğəmbər (s.a.s) dedi: “Onda xeyir yoxdur. O, Cəhənnəm əhlindəndir”. Onlar dedilər: “Filan qadın yalnız vacib namazları qılır, yağsız pendirdən sədəqə verir, heç kəsə də əziyyət vermir”. Peyğəmbər (s.a.s) dedi: “O, Cənnət əhlindəndir”.
[ Səhihdir ]

حدثني عمارة بن غراب أن عمة له حدثته أنها سألت عائشة أم المؤمنين رضي الله عنها فقالت إن زوج إحدانا يريدها فتمنعه نفسها إما أن تكون غضبى أو لم تكن نشيطة فهل علينا في ذلك من حرج قالت نعم إن من حقه عليك أن لو أرادك وأنت على قتب لم تمنعيه قالت قلت لها إحدانا تحيض وليس لها ولزوجها إلا فراش واحد أو لحاف واحد فكيف تصنع قالت لتشد عليها إزارها ثم تنام معه فله ما فوق ذلك مع أنى سوف أخبرك ما صنع النبي صلى الله عليه وسلم إنه كانت ليلتى منه فطحنت شيئا من شعير فجعلت له قرصا فدخل فرد الباب ودخل إلى المسجد وكان إذا أراد أن ينام أغلق الباب وأوكأ القربة وأكفأ القدح وأطفأ المصباح فانتظرته أن ينصرف فأطعمه القرص فلم ينصرف حتى غلبني النوم وأوجعه البرد فأتاني فأقامني ثم قال أدفئيني أدفئينى فقلت له إني حائض فقال وإن اكشفي عن فخذيك فكشفت له عن فخذى فوضع خده ورأسه على فخذى حتى دفيء فأقبلت شاه لجارنا داجنة فدخلت ثم عمدت إلى القرص فأخذته ثم أدبرت به قالت وقلقت عنه واستيقظ النبي صلى الله عليه وسلم فبادرتها إلى الباب فقال النبي صلى الله عليه وسلم خذى ما أدركت من قرصك ولا تؤذى جارك في شاته"

120.Ammara ibn Ğurabın bibisi möminlərin anası Aişədən (r.a) soruşdu: “Birimizin əri öz yoldaşı ilə yaxınlıq etmək istədikdə qadın, ya qəzəbli ya da həvəssiz olduğuna görə ona yaxınlıq vermir. Buna görə bizə günah yazılırmı?” (Aişə r.a) dedi: “Bəli (yazılır)! Çünki onun sənin üzərinə düşən haqqıdır ki, yəhər üstündə belə səninlə yaxınlıq etmək istəsə ona mane olmayasan”. (Ammaranın bibisi) deyir ki, mən yenə soruşdum: “Birimiz heyz olursa, ər-arvadın da ancaq bir çarpayısı, yaxud bir yorğanı varsa, onda o nə etməlidir?” (Aişə r.a) dedi: “Qoy (o qadın) övrət yerini alt paltarı ilə bərk-bərk örtsün, sonra da onun yanında yatsın. (Bu vaxt) kişi cinsi əlaqədən başqa hər şey edə bilər. Bundan əlavə sənə Peyğəmbərin (s.a.s) nə etdiyini deyəcəyəm. O gecə ki, Peyğəmbər (s.a.s) mənimlə qalacaqdı, mən arpa unundan onun üçün kökə bişirdim. O içəri keçib qapını bağlayıb məscidə daxil oldu. O, yatmaq istədikdə qapını kilidləyər, su qablarının ağzını bağlayar, çırağı söndürərdi. Mən gözlədim ki, gəlsin ona yemək verim. Lakin mən yuxuya gedənədək o gəlmədi. Nəhayət ona soyuq oldu. O gəlib məni oyatdı və: “Məni isit, məni isit!”- dedi. Mən də ona: “Heyzliyəm!”- dedim. O buyurdu: “Eybi yox. Ayaqlarının üstünü aç!” Mən ayaqlarımın üstünü açdım və o, isinənədək üzünü və başını budumun üstünə qoydu. Sonra qonşunun əhliləşmiş qoçu gəlib içəri girdi. Sonra da yaxınlaşıb kökəni götürdü və dönüb getdi. Mən onu dəf etmək istədikdə Peyğəmbər (s.a.s) oyandı. Mən qapıya tərəf yüyürdükdə o dedi: “Kökəni götür, amma qoça görə qonşuna əziyyət vermə!”
[ İsnadı zəifdir ]

عن أبى هريرة أن رسول الله صلى الله عليه وسلم قال لا يدخل الجنة من لا يأمن جاره بوائقه"

121. Əbu Hureyra (r.a) Peyğəmbər (s.a.s) dedi: “Qonşusu şərindən əmin olmayan kimsə Cənnətə daxil olmaz”.
[ Səhihdir ]

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:59
GÜNƏŞ06:42
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:34
İŞA [ 4 rükət ]22:11
GECƏYARI00:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka