Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

HIMAYƏSİNDƏ OLAN QIZINA BAXAN KİMSƏNİN FƏZİLƏTİ


عن موسى بن على عن أبيه أن النبي صلى الله عليه وسلم قال لسراقة بن جعشم ألا أدلك على أعظم الصدقة أو من أعظم الصدقة قال بلى يا رسول الله قال ابنتك مردودة إليك ليس لها كاسب غيرك

80. Uley ibn Rifah (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) Suraqa ibn Cu'şuma (r.a) dedi: “Ən böyük sədəqəni sənə göstərimmi?” O dedi: “Bəli, ya Rəsulullah!” Peyğəmbər (s.a.s) dedi: “Qızın sənin himayəndədir. Və səndən başqa da onun qayğısını çəkən yoxdur”.
[ Zəifdir ]

قال موسى قال سمعت أبى عن سراقة بن جعشم أن رسول الله صلى الله عليه وسلم قال يا سراقة مثله"

81.Uley (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) Suraqa ibn Cu'şuma (r.a) dedi: “Ey Suraqa!...” (Əvvəlki hədis kimi).
[ Zəifdir ]

عن المقدام بن معدى كرب أنه سمع رسول الله صلى الله عليه وسلم يقول ما أطعمت نفسك فهو لك صدقة وما أطعمت ولدك فهو لك صدقة وما أطعمت زوجك فهو لك صدقة وما أطعمت خادمك فهو لك صدقة"

82.Miqdam ibn Mə'di (r.a) rəvayət edir ki, mən Peyğəmbərin (s.a.s) belə dediyini eşitdim: “Özün nə yesən sənin üçün sədəqədir. Övladına nə yedirtsən o da sənin üçün sədəqədir. Zövcənə nə yedirtsən o da sənin üçün sədəqədir. Xidmətçinə nə yedirtsən o da sənin üçün sədəqədir”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:27
GÜNƏŞ07:56
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:27
MƏĞRİB [ 3 rükət ]18:54
İŞA [ 4 rükət ]20:20
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka