Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

QOHUMLUQ ƏLAQƏLƏRİNİ MÖHKƏMLƏNDİRMƏK


عن أبى أيوب الأنصاري أن أعرابيا عرض على النبي صلى الله عليه وسلم في مسيره فقال أخبرني ما يقربنى من الجنة ويباعدني من النار قال تعبد الله ولا تشرك به شيئا وتقيم الصلاة وتؤتي الزكاة وتصل الرحم"

49. Əbu Əyyub əl-Ənsari (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) səfərdə ikən bir bədəvi gəlib ona dedi: “Mənə, məni Cənnətə yaxınlaşdıran və Cəhənnəmdən uzaqlaşdıran əməl barədə xəbər ver”. O dedi: “Allaha ibadət et, Ona heç bir şeyi şərik qoşma, namaz qıl, zəkat ver və qohumluq əlaqələrini möhkəmləndir”.
[ Səhihdir ]

عن أبى هريرة أن رسول الله صلى الله عليه وسلم قال خلق الله عز وجل الخلق فلما فرغ منه قامت الرحم فقال مه قالت هذا مقام العائذ بك من القطيعة قال ألا ترضين أن أصل من وصلك واقطع من قطعك قالت بلى يا رب قال فذلك لك ثم قال أبو هريرة اقرأوا إن شئتم فهل عسيتم إن توليتم أن تفسدوا في الأرض وتقطعوا أرحامكم"

50. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Qüdrətli və əzəmətli Allah məxluqu yaratdı. Yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxdı. (Allah) dedi: “Dayan!” O dedi: “Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır”. (Allah) dedi: “Səni birləşdirəni birləşdirməyimə, kəsəni də kəsməyimə razı deyilsənmi?” O dedi: “Əlbət ki (razıyam), ya Rəbb!” (Allah) dedi: “Sənin üçün məhz belə olacaq!”
Sonra Əbu Hureyra (r.a) dedi: “İstəyirsinizsə bu ayəni oxuyun:
“Əgər siz başçılıq etsəniz, (yaxud haqdan üz döndərsəniz), ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz”. (Muhəmməd, 22.)
[ Səhihdir ]
51. İbn Abbas (r.a):
“Qohum-əqrəbaya da, yoxsula da, (yolda qalmış) müsafirə də haqqını ver...” ayəsini belə izah etmişdir: “Uca Allah ilk əvvəl ən vacib haqları ödəməyi buyurur və imkanlı adama ən fəzilətli əməlləri göstərib deyir:

“Qohum-əqrəbaya da, yoxsula da, müsafirə də haqqını ver”. Heç bir şeyi olmayana isə nə deyəcəyini öyrədib buyurur:

“Əgər Rəbbindən dilədiyin mərhəməti umaraq onların üzünə baxmırsansa (imkanın olmadığı üçün haqqı olanlara bir şey verə bilmirsənsə, heç olmasa) onlara xoş söz de”. (əl-İsra, 28)
Yəni, gözəl və'd ver. Sanki belə bir şey olub və bəlkə də Allah istəsə olacaq da.

“Nə əlini boynuna bağlı saxla, nə də onu büsbütün aç (nə xəsis ol, nə də israfçı). Yoxsa qınanmış və peşman olmuş vəziyyətdə qalarsan”. (əl-İsra, 29). (Ehtiyacı olana) heç nə vermirsən, yaxud hər şeyini verirsən, beləliklə də yanına gəlib səndən bir şey ala bilməyən kəs səni qınayar, çox alan isə səni peşman edər”.
[ İsnadı zəifdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:58
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:55
ƏSR [ 4 rükət ]15:54
MƏĞRİB [ 3 rükət ]18:21
İŞA [ 4 rükət ]19:47
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka