Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ATANIN DOSTU OLAN KIMSƏLƏRLƏ ƏLAQƏLƏRI MÖHKƏMLƏNDIRMƏK


عن بن عمر مر أعرابى في سفر فكان أبو الأعرابي صديقا لعمر رضي الله عنه فقال الأعرابي ألست بن فلان قال بلى فأمر له بن عمر بحمار كان يستعقب ونزع عمامته عن رأسه فأعطاه فقال بعض من معه أما يكفيه درهمان فقال قال النبي صلى الله عليه وسلم احفظ ود أبيك لا تقطعه فيطفىء الله نورك"

40. İbn Ömər (r.a) rəvayət edir ki, bir bədəvi ərəb səfərdə ikən onunla rastlaşdı. Bədəvinin atası Ömərin dostu olmuşdu. Bədəvi dedi: “Sən filankəsin oğlu deyilsənmi?” İbn Ömər: “Bəli”- dedi. Sonra da əmr etdi ki, ehtiyat üçün saxlanılan uzunqulağı ona versinlər. Üstəlik əmmaməsini də başından çıxarıb ona verdi. İbn Ömərlə birlikdə olanlardan bəzisi dedi: “Ona iki dirhəm bəs etməzdimi?” O dedi: “Peyğəmbər (s.a.s) demişdir: “Atanın dostuna sadiq ol, onunla əlaqəni kəsmə ki, Allah sənin nurunu söndürməsin”.
[ Zəifdir ]

عن بن عمر عن رسول الله صلى الله عليه وسلم قال إن أبر البر أن يصل الرجل أهل ود أبيه"

41. İbn Ömər rəvayət edir ki, Peyğəmbər (s.a.s) dedi: “Həqiqətən də ən gözəl yaxşılıq adamın öz atası ilə dost olmuş insanlarla olan əlaqələrini möhkəmləndirməsidir”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:07
GÜNƏŞ06:11
ZÖHR [ 4 rükət ]13:43
ƏSR [ 4 rükət ]17:43
MƏĞRİB [ 3 rükət ]21:15
İŞA [ 4 rükət ]23:11
GECƏYARI00:41
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka