Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

VALİDEYNLƏRİNƏ LƏNƏT OXUYANA ALLAH LƏNƏT EDƏR

span class="arab">
عن أبى الطفيل قال ثم سئل على هل خصكم النبي صلى الله عليه وسلم بشيء لم يخص به الناس كافة قال ما خصنا رسول الله صلى الله عليه وسلم بشيء لم يخص به الناس إلا ما في قراب سيفى ثم أخرج صحيفة فإذا فيها مكتوب لعن الله من ذبح لغير الله لعن الله من سرق منار الأرض لعن الله من لعن والديه لعن الله من آوى محدثا"


(17) – Əbu Tufeyl deyir ki, Əlidən (r.a) soruşdular: “Peyğəmbər (s.a.s) sizə məxsusi olaraq elə bir şey ayırıb veribdirmi ki, onu başqa insanlara vermiş olmasın?” O dedi: “Peyğəmbər (s.a.s) başqa insanlara deyil, yalnız bizə məxsusi olaraq elə bir şey qoymamışdır. Yalnız qılıncımın qınındakı istisnadır”. Sonra o, (qılıncının qınından) bir vərəq çıxartdı. Ora yazılmışdı: “Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin. Yer üzündəki sərhədləri pozana Allah lənət eləsin. Valideynlərinə lənət oxuyana Allah lənət eləsin. Cinayətkara yardım edənə Allah lənət eləsin”.
[ Səhihdir ]

 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:26
ZÖHR [ 4 rükət ]12:55
ƏSR [ 4 rükət ]15:56
MƏĞRİB [ 3 rükət ]18:23
İŞA [ 4 rükət ]19:49
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka