(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!
[Əl-Bəqərə, 184]
Ramazan və Qurban bayramının gecələrini haqqı ilə keçirən kimsənin qəlbi, qəlblərin öldüyü gün ölməz.
(İbni Macə, Təbarani)
Oruc tutmaq, özünü tutmaqdır.
TÜRKİYƏNİN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ HİCABA QOYULAN QADAĞA LƏĞV EDİLİB
[ Aktual / 24296 dəfə baxılıb ]
|
Türkiyənin təhsil müəssisələrində hicab geyilməsinə olan qadağanın ləğv edilməsi ilə bağlı qərar qəbul olunub. Bu barədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası və ölkənin ən böyük müxalifət partiyası olan Milli Hərəkat Partiyası özlərinin birgə bəyanatında bildirmişlər.
Bu qadağanın ləğv edilməsi ilə bağlı qərarı partiyalar bir yerdə vermişlər. Partiyaların birgə verdiyi bəyanatda o cümlədən bildirilir: «Bu olay – ali təhsil sisteminin üzərində sızlayan bir yaradır. Bu səbəbdən də bu problemin çözülməsi mütləqdir. Hər iki partiya bu qanuna qarşı dəfələrlə müxtəlif formalarda öz münasibətlərini bildirmişlər. Və bu hal, hər iki partiya tərəfindən insan haqları və azadlıqları baxımından dəyərləndirilmişdir». Türkiyə KİV-nin verdiyi məlumata görə, AK Parti Konstitusiyanın 42-ci, MHP isə 10-cu maddəsinin dəyişdirilməsini istədikləri halda, hər iki maddənin birlikdə dəyişdirilməsi ilə bağlı ortaq məxrəcə gəlmişlər. Və artıq qərara alınmışdır ki, Konstitusiyaya olacaq bu düzəlişlər yönündə hər iki partiya texniki məsələləri həll elmək üçün bir araya gəlsinlər.
Bildirildiyinə görə, bu tarixi qərarın verilməsi «vətəndaşların hüquq və azadlıqlarına riayət edilməsinin zəruriliyi» ilə əsaslandırılmışdır. Belə ki, Türkiyədə yaşayan hicablı qadınlar universitetlərdə başıaçıq halda oxumağa məcbur olduqları üçün, ali təhsil ala bilmirdilər.Bütün bunlarla bərabər, Ərdoğan hakimiyyəti, Türkiyənin üzvü olmağa hazırlaşdığı Avropa Birliyinin tələblərinə uyğun olaraq, ölkə vətəndaşlarının şəxsi hüquq və azadlıqlarını təmin etmək üçün Konstitusiyaya düzəlişlər etməyə də hazırlaşır. Konstitusiyaya dəyişikliklər etmək üçün isə Ərdoğana müxalif Milli Hərəkat partiyasının dəstəyi zəruridir.
Xatırladaq ki, bir neçə ay bundan qabaq, Tunisdə də ictimai yerlərdə hicablı görünməni qadağan edən qanunun ləğv olunması ilə bağlı tarixilik baxımından analoji qərar qəbul edilmişdi.