Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SONSUZ MİNNƏTDARLIQ

[ Azerislam.com / 8202 dəfə baxılıb ]   
|
 
Onlar belə deyərlər: ″İzzət və cəlalına, əzəmət və uca məqamına and içirik ki, Sənin ucalığını haqqı ilə təqdir edə bilmədik. Haqqını tam olaraq yerinə yetirə bilmədik. Sənə səcdə etməyimizə izn ver.″ Bundan sonra Rəbbləri onlara buyurur ki: ″Mən sizdən ibadət zəhmətini qaldırdım. Vücudlarınızı rahatlığa qovuşdurdum. Zatən siz dünyada ikən uzun-uzadı ibadətlərinizlə vücudunuzu olduqca çox yormuşdunuz. Alınlarınızı Mənim üçün səcdəyə qoymuşdunuz. Bu andan isə siz mənim kərəm və rəhmətimə qovuşmusunuz. Elə isə diləyin Məndən diləyəcəyinizi!″
Bir başqa hədisdə isə bu ifadələr yer almaqdadır:
″Rəbblərinə baxarkən Onun üçün həmən səcdəyə qapanarlar. Bu zaman Allah Öz uca kəlamıyla belə səslənər: ″Qaldırın başlarınızı! İndi əməl zamanı deyildir. İndi sevinc və camalımı seyr etmək zamanıdır.″
İndi sən öz ağlınla onların öz Rəbblərini gördükləri və gerçək sevgililəri, könüllərinin sirdaşı, gözlərinin sevinci, qəlblərinin xoşluğu və ruhlarının hüzuru olan Allahın kəlamını eşitdikləri zaman üzlərinin nurunu, sevinc və coşqularını bir göz önünə gətir! Başlarını səcdədən qaldırır və heç bir tayı, bənzəri olmayan Aləmlərin Rəbbini gözləri ilə seyr edərlər. Bu hədsiz şərəf, ikram və dəyərin ən son nöqtəsinə, məmnuniyyətin və yüksəkliyin nəhayətinə qovuşarlar. Xəyalların belə əhatə edə bilmədiyi, zehinlərin dərk edə bilmədiyi, düşüncənin yetərsiz qaldığı və anlayışın mümkünsüz olduğu Əziz və Cəlil olan Allahın camalını seyr etməyi sən nə zənn edərsən?
O, ağılların idrakından çaşıb heyrətə düşdüyü Qədim olan Əzəlidir. Heç bir ana bətni ona məkan olmamış, heç bir babanın belindən gəlməmiş, heç bir cism surətində görünüb də şəkil dəyişdirməmişdir. O, bütün bunlardan münəzzəhdir. Dillər Onun sifətlərinə misallar gətirməkdən aciz qalar. O, zatıyla tək olub, başqa varlıqlara bənzəməkdən münəzzəhdir. Yaradılışlara tay olmaqdan cəlalı ilə ucadır. O, o qədər ucadır ki, Ona bərabər olan heç bir şey yoxdur. Ona ortaq olacaq heç bir şərik tapılmaz. Yaradaraq qarşısında aciz qaldığı və ya yaradılmasında çətinlik çəkdiyi heç bir şey yoxdur. Ən qəddar zalımlar belə Onun əzəmətinə tabe olub boyun əymişlər. Əvvəlkilər və sonrakılar Onun hökmünə təslim olmuşlardır. Olmuşuyla, olacağıyla və olacaqsa necə olacağıyla hər şeyə elmi nüfuz etmişdir, elmiylə bütün varlıqları əhatə etmişdir. Hamısının səsini çox gözəl eşidər, iradəsi hamısına keçər. Hər şey Onun tərəfindən var olmaqdadır. Bütün mövcudatı yoxdan icad edər. Heç bir şey Onun istədiyi vaxtdan əvvəl var ola bilməz. Heç bir şey Onun iradəsinə qarşı gələ bilməz. Elə isə daha əvvəl adı belə anılacaq bir nəsnə deyilkən, Vahid və Qahhar olan Allah tərəfindən var edilən şeylər Onun əmrinə qarşı necə çıxa bilər?



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:57
GÜNƏŞ07:30
ZÖHR [ 4 rükət ]12:26
ƏSR [ 4 rükət ]15:01
MƏĞRİB [ 3 rükət ]17:21
İŞA [ 4 rükət ]18:50
GECƏYARI23:39
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka