Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÖLDÜRÜLƏN ÖLÜM

[ Azerislam.com / 7606 dəfə baxılıb ]   
|
 
Sənin gözlərin önündə (bir qoç şəklinə gətirilən) ölümü boğazlayarlar. Sən artıq ölümdən əmin olarsan və ondan heç bir zaman qorxmazsan. Sənə Rəbbinin yaxınlığı və Cənnəti ehsan edilmişdir. Rəbbin səndən razı olduqdan sonra bir daha əbədi olaraq Onun qəzəbindən qorxmazsan. Nemətlər içərisində üzərsən, lakin bir daha heç vaxt əzabın gələcəyindən qorxmazsan. Çünki sən dəqiq olaraq bilirsən ki, Əziz və Cəlil olan Allah səni sevir, səndən razıdır və içində qərq olduğun nemətlərdən məmnundur. Allahın səadət yurdu nə müəzzəmdir! Allahın yaxınlıq və himayəsi nə böyükdür!

Ərş səni kölgələndirməkdədir. Mələklər ölümlə sona ərməyən sonsuz bir həyatda, tükənəcək deyə qorxmadığın nemətlər içərisində Rəbbindən sənə daima lütf və ehsanlar gətirərlər. Rəbbinin əzabından əminsən. Səndən razı olduğuna qəti əminsən. Əfvinin sərinliyini ta qəlbinin dərinliyində hiss edirsən. Bu hisslər nə qədər gözəldir! Təsəvvür edə bilirsən?


Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:01
GÜNƏŞ06:44
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:33
İŞA [ 4 rükət ]22:10
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka