Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ZİYARƏTÇİ MƏLƏKLƏR

[ Azerislam.com / 10020 dəfə baxılıb ]   
|
 
Birdən dəstə-dəstə mələklər ziyarətinə gələrlər. Rəbbindən sənə qiymətli və lətif əşyalar gətirərlər. Rəbbinin bu elçiləri sarayında olan xidmətçilərdən sənin yanına girmək və Allahın göndərdiklərini sənə vermək üçün izn istəyərlər. O zaman növbətçilərin belə deyərlər: ″Allahın dostu zövcələri ilə birlikdə istirahətdədir. Biz ona olan hörmət və təzimimizdən narahat olmasını istəmirik.″ Böyük və Uca olan Allah bu gerçəyə bu ayə ilə işarə edir: ″ Həqiqətən də cənnət əhli nemətlər içində kef çəkəcəklər.″(Yasin: 55) Əksər müfəssirlər bu ayəni yuxarıda qeyd etdiyimiz kimi açıqlayarlar. Bu nə böyük nemət, nə gözəl bir səltənətdir ki, Rəbbinin mələkləri belə yanına gəlmək üçün izn istəyərlər!

Cənnətdə öz dostlarının şanını ucaldan Rəbbin bu səltənətə işarə edərək belə buyurur:″Cənnətdə hara baxsan nemət və əzəmətli səltənət nişanəsi görərsən.″(əl- İnsan: 20) Bu ayənin təfsiri belə açıqlanır: Bu səltənət mələklərin Cənnət əhlindən icazə alacaqlarına işarədir. Qapıda Allahın göndərdiyi elçi belə səslənir: ″Ey Allahın dostu, icazən olmadan yanına girilə bilməz. Ey Allahın dostu, sən Allahın rizasını qazanmısan, səltənət, arzu və xəyallarının zirvəsinə çatmısan.″

Xidmətçilərinin səni narahat etməyəcəklərini söylədikləri zaman mələklərin belə dediklərini təxəyyül et: ″Biz ona Allah tərəfindən göndərilən elçilərik. Rəbbindən bir çox hədiyyə və sovqatlarla gəlmişik.″ O zaman xidmətçilərin mələklərin yanına girmələri üçün səndən izn istəyərlər. Xidmətçilərinin o andakı vəziyyətlərini bir düşün. Qapını döymək üçün əllərini qırmızı qızılı taxtalar üzərində mirvari ilə bəzənilmiş yaqutdan ibarət olan halqaya uzadarlar. Yaqut halqalar inci və zümrüddən olan qapıya dəyərkən eşidə bildiyin ən gözəl səsdən daha gözəl bir səs çıxarar. Bu səsi eşidənlərin qulaqları həzz, könülləri nəşə ilə dolar. Bu səsi eşidən ağacların meyvələri biri- birinin üzərinə əyilər. Bu üzdən ətrafa xoş və nəfis bir ətir yayılar. Sən üzünün gözəl camalı və nurunun parlaqlığıyla otağından çölə çıxarsan. Xidmətçilərin sənə doğru qaçaraq gələrlər. Hörmət hissindən və nurunun gözlərini qamaşdırmasından dolayı gözlərini qaldırıb sənə baxa bilməzlər. Belə deyərlər: ″Ey Allahın dostu, Allahın sənə göndərdiyi elçılər qapının ağzında gözləyirlər. Yanlarında Rəbbindən gətirdikləri qiymətli hədiyyələr vardır.″ Sən onlara belə cavab verərsən: ″Rəbbimin elçilərinə izn verin!″ Sən icazə verər-verməz qapıçılar sarayının qapısını açarlar. Mələklər içəri daxil olarlar.
Sən öz taxtında oturarsan. Cənnət uşaqları önündə əmrə müntəzir dayanarlar. Allahın mələkləri gözəl surətləri ilə əllərində hədiyyələrlə sənə doğru gələrlər. Dəyişik qapılardan olduğun yerə gələrlər ki, Rəbbinin sənə verdiyi ″hər qapıdan bir salam″ sözü gerçəkləşsin. Hər qapıdan girərkən gözəl nəğmələri ilə ″Əssalamu aleykum!″ deyərək sənə salam verərlər. Sonra da bunu əlavə edərlər: ″Ey Allahın dostu, Rəbbin sənə salam söyləyir. Sənə bu hədiyyələri və sovqatları göndərdi. ″



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka