Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

CƏNNƏT ÇAYLARI

[ Azerislam.com / 8872 dəfə baxılıb ]   
|
 
Saraylarının şəffaflığı sənə içəridə ikən belə çölü seyr etmək imkanı verir. Bütün zövcələrini və xidmətçilərini, sarayının bütün binalarını görə bilərsən. Ağaclarının meyvələri üzərinə qədər əyilməkdə, şərab və süd çayları yanından axıb keçməkdədir. Sən zövcələrinlə birlikdə divanlarında oturmaqdasan. Qapılarının qanadlarını açmış, üzərinə isə otağının pərdəsini çəkmisən. Xidmətçilərin və Cənnət uşaqları çadırının ətrafını əhatə etmişlər. Sən onların Rəbbinə olan təsbih səslərini eşitməkdəsən. Ürəyindən keçən hər şeydən o an xəbərdar olar və canının çəkdiyi, arzu etdiyin hər cür nemətləri gətirib sənə təqdim etməkdədirlər.

Sən və zövcən ən mükəmməl şərtlərdə və əksiksiz nemətlər içərisindəsiniz. Onun hüsnü-camalının gözəlliyinə baxdıqca heyrətə düşüb gözlərinə inana bilmirsən. Zövcənin füsünkarlığından qəlbin coşar və hər baxdıqca onu daha çox sevərsən. Sən öz taxtında oturarkən o da sənə yaxın oturar, birlikdə Cənnət nemətlərindən dadar, ləzzətli içkilərə biri-birinizi qonaq edərsiniz. Bir anlıq gözünün önünə əlində yaqut və mirvaridən ibarət olan qədəh tutub səni Cənnət şərabına qonaq edən o gözəl zövcəni gətir!

Mirvari kimi ağ dişləri göstərərək gülümsəyib sənə qədəhi uzadır. Barmaqlarının, üzünün və gərdanının nuru, Cənnətin nuru və qarşısında duran sənin üzünün nuru biri-birinə qarışaraq qədəhdə əks olunur. Hurinin barmaqları arasında tutduğu qədəhdə şərabın parlaqlığı, üz və bədəninin parlaqlığı, dişlərinin parlaqlığı cəmlənmiş haldadır.
Hələ sən öz gözləlliyini təsəvvür et! Cənnətdə yaradılışı tamamlanaraq bir dəliqanlı halına gəlmiş, parlaq üzlü, güclü bədən quruluşlu, gözəl geyimli, şık duruşlu bu gənci, yəni özünü nə zənn edərsən?
Uşaq kimi məsum üzlü, suyuşirin, xoş sözlü və mükəmməl bir yaradılışdasan.
Zövcənin isə üz gözəlliyi qənirsizdir. Sinəsi ağappaq, bədəni çox zərifdir. Nazla bəslənib böyüdülməsi ona əvəzolunmaz bir lətafət və nəzakət qazandırmışdır.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:55
GÜNƏŞ07:28
ZÖHR [ 4 rükət ]13:46
ƏSR [ 4 rükət ]17:19
MƏĞRİB [ 3 rükət ]20:03
İŞA [ 4 rükət ]21:31
GECƏYARI00:59
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka