Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

NURLU DƏSTƏ

[ Azerislam.com / 7553 dəfə baxılıb ]   
|
 
Düşün bir kərə! Cənnətə girdiyinə artıq əminsən. Cənnətin qapısının sənin və səninlə bərabər digər Allah dostları üçün açıldığını bilirsən. Ətrafının göz dolduran gözəlliyindən, könlünə qədər nüfuz edən xoş qoxusundan, üzünü və bədənini oxşayan ilıq havasından doymaq bilmirsən.
Bir anlıq düşün! Allah sənə bütün bu şeyləri ehsan etmişdir. Bu mənzərə qarşısında sevincindən ölsən belə səni qınayan olmaz…
Nəhayət Cənnətin qapılarından içəri girərkən mələklər sizi gülümsəyərək qarşılayarlar. Sonra həmin mələklər Allahın izzətinə and içərək yaradıldıqları gündən bəri ancaq bu anda və yalnız sizin üçün güldüklərini söyləyərlər.

Sizlərə ″Salamun-aleyküm″ deyə səslənərlər. Mükəmməl surətləri və parlaq nurları ilə birgə gözəl nəğmələrini, xoş sözlərini, şirin dillərini bir anlıq təsəvvür et! Sonra salamlarına bu sözləri də əlavə edərlər: ″Tərtəmiz gəldiniz. Artıq əbədi qalmaq üçün girin buraya!″ (Zümər surəsi:73)
Сənnətlikləri hər cür kir, pas, kin və paxıllıq kimi maddi və mənəvi ziyanlardan təmiz olmaq və dini və dünyəvi bütün pisliklərdən uzaq olmaqlarını tərifləyib öyərlər. Sonra Allah adına Onun səadət yurdu olan Cənnətə girməklərininə izin verərlər. Daha sonra isə cənnətliklərin orada əbədiyyən qalacaqlarını bildirərək: ″Tərtəmiz gəldiniz. Artıq əbədi qalmaq üçün girin buraya!″ (Zümər surəsi:73) deyərlər.

Sən və səninlə birlikdə Allahın sevdiyi qulları bu sözləri eşidərkən açılmış qapılardan içəriyə keçməyə can atarsınız. Qapılar içəri girmək istəyənlərə dar gələr. Eynən Utbə bin Gazvanın Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) nəql etdiyi kimi: ″Cənnətin qapısından sıxlaşaraq girmələri mənim üçün şəfaətimdən daha önəmlidir.″
Cənnətin qapısı izdihamdan sıxlaşar. Qırx illik yol məsafəsi enində olan qapının Rəhmanın dostlarının izdihamına dar gəlməsini nə sanarsan? Yaqut və mirvaridən tikilmiş sarayların gözəlliyini görərək ona doğru can atan bu insan seli nə qədər də dəyərlidir!

Bir anlıq təsəvvüründə canlandır! Məhşərin o müdhiş izdihamı içərisindən Allah səni seçmiş və bağışlamışdır. İndi də Cənnətin qapısına doğru qaçanlarla birlikdə irəliləyirsən. Təmizlənmiş vücudlarla, parıldayan və ay kimi işıq saçan uzlərilə sevinən kütlə ilə birlikdə sevinirsən. Vücudlarından günəşin şüaları kimi nurlar saçılmaqdadır.

Sən Cənnətin qapısından keçib torpağına ayağını basarkən görərsən ki, o torpaq müşkdəndir və üzərində zəfəran yetışmişdir. Müşk gümüş kimi parlaq olan bir zəminin üzərinə səpilmişdir. Onların ətrafında zəfəranlar bitmişdir.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:58
GÜNƏŞ07:29
ZÖHR [ 4 rükət ]12:55
ƏSR [ 4 rükət ]15:54
MƏĞRİB [ 3 rükət ]18:21
İŞA [ 4 rükət ]19:47
GECƏYARI00:09
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka