Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ALLAH BAĞIŞLAMAZSA…

[ Azerislam.com / 8868 dəfə baxılıb ]   
|
 
Allah bağışlamazsa, sənin də halının eynən bu misallardakı kimi olacağını düşün. Əzab çəkənlərin surətlərini bir görə bilsəydin… Atəş ətlərini didib qurtarmış, üz gözəlliklərini sıyırıb aparmışdır. Bədənləri əriyib getmişdir. Sadəcə yanmış və qaralaraq bir-birinə yapışmış sümüklər qalmışdır. Zincir və boyunduruqlar içində əzab və iztirablar çəkməkdə, ölmək və həlak olmaqlarını fəryadla istəməkdə, çığırtı ilə ağlayıb fəğan etməkdədirlər.

Onların bu halını görsəydin, dəhşətli mənzərələrin təsirindən ürəyin dayanar, pis qoxulardan taqətin tükənər, bədəninin şiddətli istisindən və nəfəsinin hərarətindən ruhun vücudundan çıxardı. Sən də onlardan biri olaraq tamamılə ümüdünü itirmiş və dəhşətli aclıq, susuzluq, qorxu və əzablar içində özunu bir düşün! Görəsən halın necə olar? Allahın sevib bəyənmədiyi şeylərə baxmağının cəzası və qarşılığı olaraq iki gözünə atəş dolar. Sən həmin atəşin gözlərini qovurarkən çıxardığı səsi eşidərsən. Atəş qulaqlarına nüfuz edər və sən onun uğuldayan gurultusunu eşidərsən. Alov səni bürüyər, sümüklərindən ətini ayıraraq içinə nüfuz edər. Ciyər və bağırsaqlarını yandırıb qurtarar. Qəlbinə peşmanlıq, üzüntü və çarəsizlik dolar.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:17
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:35
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:46
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka