Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ÜMÜDSÜZ ÇIRPINIŞ

[ Azerislam.com / 7911 dəfə baxılıb ]   
|
 
Sonra Allah ümüdsüzlüyünü və həsrətini daha da artırmaq istəyər. Sənin və Cəhənnəmdəki digər düşmənlərinin üzünə Cəhənnəm qapılarını bağladar. Əgər O səni bağışlamazsa, Cəhənnəm qapısının bağlandığı an öz halını düşünə bilirsənmi? Üzünə Cəhənnəm qapıları bağlanarkən cırıltısını eşitdikdə sən və digər Cəhənnəm sakinlərinin ümüdsüzlüyü nə böyük olacaq! Çünki Allahın qapılarının bu cür Cəhənnəm əhlinin üzünə bağlanması oradan heç bir kəsin çıxmaması üçündür. Ümüdsüzkən onların ürəkləri parçalanar, ümüd işartıları tamamən sönər. Onlar üçün əbədi olaraq Allahın əzabından heç bir xilas, qurtuluş və nicat qapısı yoxdur!

Qarşılarında ölümsüz, sonsuz bir həyat, bədənlərindən ağrısı heç əskik olmayan bir əzab vardır. Ürəkləri durmadan yanıb qovrular, onlara əbədi olaraq rahatlıq və dinclik yoxdur. Bitməz əzablar, tükənməz işgəncələr, çarəsiz xəstəliklər, açılmaz qandallar, sonsuzadək cıxarılmayan boyunduruqlar, əbədiyyən keçməyən susuzluqlar, əsla bitməyəcək sıxıntılar, boğazlarında tıxanıb qalan zəqqumlar və heç bir zaman onları tərk etməyən aclıq hissi…




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ08:01
ZÖHR [ 4 rükət ]12:50
ƏSR [ 4 rükət ]15:20
MƏĞRİB [ 3 rükət ]17:39
İŞA [ 4 rükət ]19:10
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka