Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

CƏHƏNNƏMİN İÇKİSİ

[ Azerislam.com / 8843 dəfə baxılıb ]   
|
 
Orada – o dəhşətli məkan olan Cəhənnəmdə zaman keçdikcə öz halını bir düşün! Əzab daha da şiddətlənərək davam edər. Sıxıntı ən son nöqtəsinə çatar. Susuzluğun getdikcə artar və hələ dünyada ikən içdiyin nemətləri xatırlayarsan. Cəhənnəmə sığınarsan. Sənə əzab vemək üçün vəzifələndirilmiş mələyin əlindən qabı alarsan. Əlinə götürər-götürməz ovucların yanar. Qabın istisindən və hərarətinin şiddətindən əlinin əti parça-parça olub tökülər. Sonra o qabı ağzına yaxınlaşdırarsan. Üzünü qarsar. Sonra udqunmağa çalışdıqca boğazının dərisi soyular. İçki mədənə enərək bütün daxili orqanlarını parçalayar.

Sən fəryad və fəğan edərsən. O an dünyadakı ləziz içkiləri, onların soyuqluğunu və dadını xatırlayarsan. Bədənini bir az dincəltmək üçün dünyada öyrəşdiyin kimi yuyunmaq və bəlkə bu vasitə ilə sərinləmək üçün qızğın su hovuzlarına doğru qaçarsan. Qızğın suya girən kimi təpədən dırnağa bütün bədəninin dərisi soyular. Hovuzdan daha sərin olar deyə təkrar atəşə doğru qaçarsan. Sonra yenə atəşin yanğını sənə şiddətli gələr və təzədən suya qayıdarsan. Beləcə atəşlə qaynar su arasında get-gəldə qalarsan.

Atəşin hərarəti son dərəcəyə çatar. Sən isə rahatlanmaq üçün bir şey axtararsan. Qaynar su ilə atəşin istisindən dəhşətə gələrsən. Sərin bir yer axtararsan, amma əsla tapa bilməzsən. Sıxıntı, susuzluq və yorğunluq dayanılmaz nöqtəyə çatanda qəflətən Cənnəti xatırlayarsan. Əziz və Cəlil olan Allahın yaxınlığını və Cənnət nemətlərini itirməyin peşmanlığı və kədərindən qəlbin inanılmaz dərəcədə sıxılar. Sonra Cənnət içkilərini, soyuq çeşmələrini və bəxtiyar yaşayışını xatırlayarsan. Bunlardan məhrum olmağının həsrəti könlünü parça-parça edər.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka