Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ALLAHIN QƏZƏB ETDİKLƏRİ

[ Azerislam.com / 11061 dəfə baxılıb ]   
|
 
Kafir və münafiqlərə gəlincə, hazır dayanan mələklər onlar üçün belə deyərlər: ″Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər: ″Bunlar Rəbbinə iftira yaxanlardır!″ deyəcəklər. Allahın lənəti olsun zalımlara!″ (Hud surəsi:18)

Abdullah bin Ömər Kəbəni tavaf edərkən bir adamla qarşılaşdı və: ″Ey Abdurrahmanın atası! Allahın öz qulu ilə təkbərək danışmasını Peyğəmbərdən (s.a.s) necə eşitdin?″ deyə soruşdu. Abdullah yuxarıda nəql etdiyimiz rəvayətə bənzər belə cavab verdi. Səid deyir ki, Katadə belə dedi: ″O gün üzülüb, üzüntüsü bircə məxluqa belə gizli qalan heç bir nəfər də yoxdur.″

İbn Məsuddan belə dediyi rəvayət edilmişdir: ″Allah Qiyamət günü mömin qulunun üzərinə himayə pərdəsini sərər və belə buyurar: ″Ey Adəmoğlu! Bu sənin filan-filan gün etdiyin yaxşı əməlindir, onu qəbul etdim. Bu da sənin filan-filan gün etdiyin günahındır, onu da bağışladım.″ Bunu eşidən qul o andaca səcdəyə qapanar. Camaat da: ″Dəftərində (və ya kitabında) yaxşılıqdan başqa bir əməl olmayan bu salih qul nə xoşbəxtdir!″ deyər.

Abdullah bin Hənzələnin də belə dediyi rəvayət edilmişdir: ″Şübhəsiz Allah Qiyamət günü qulunu hüzurunda durdurar, əməl dəftərindəki günahları aşkarlayar və ona: ″Sən bunu etdin mi?″ deyə sual edər. O qul: ″Bəli, ey Rəbbim!″deyər. Sonra Allah: ″Bu gün onunla səni rüsvay etməyəcəyəm. Səni bağışladım!″ buyurar. Qul isə Qiyamət gününün rüsvayçılığından qurtulduğu o anda: ″Gəlin kitabımı oxuyun, şübhəsiz mən hesabıma qovuşacağımı umurdum″ deyər.

Başqa bir durum isə Rəbbinin sənə belə buyurmasıdır: ″Qulum, mən sənə qəzəbliyəm. Lənətim üzərinə olsun. Etdiyin böyük günahlarını sənin üçün əsla bağışlamayacağam. Etdiyin yaxşılıqları əsla qəbul etməyəcəyəm. Bunu isə sənə bəzi böyük günahlarını göztərdiyi zaman söyləyər: ″Bunlardan xəbərdarsan mı?″ Sən: ″İzzətinə and içirəm ki, bəli!″ deyə cavab verərsən. Sonra Allah sənə qəzəblənər və: ″İzzətimə and olsun ki, onları Məndən qurtara bilməzsən!″ buyurar. Daha sonra zəbaniləri çağıraraq bu əmri verər: ″Aparın bunu!″ Ulu sözü, heybət və cəlalilə bunu söyləyərkən Əziz və Cəlil olan Allahı nə zənn edərsən?

Düşün bir anlıq, Allah səni bağışlamazsa, sən İzzət və Qüdrət sahibi Allahın qəzəbinə səbəb olmusan və O səni zəbanilərə həvalə edib. Sən ənsəndə və boynunda onların pəncələrinin dəhşətli toxunuşdan başqa bir şey hiss etməzsən. Zəbanilərin əllərində, üzünün rəngi qaralmış halda Cəhənnəmə aparılarkən, artıq həlak olduğuna dəqiq əmin olmuş və pərişan bir vəziyyətdə Cəhənnəmə doğru sürüklənərkən özünü bir təsəvvür et!
Qapqara olmuş üzünlə, əməl dəftərin sol əlində, məxluqatın arasından fəryad və fəqan edərək keçib gedirsən. Mələk də qolundan tutaraq belə səslənər: ″Bu filankəs oğlu (və ya qızı) filankəs elə bir bədbəxtliyə nail oldu ki, bundan sonra əsla xoşbəxtlik tapmayacaqdır!″ Allah səni qəzəbinə layiq bilmişdir. Məxluqatın arasında rəzil və rüsvay olursan. Sənin haqqında yaxşı düşünənlərin bu düşüncəsi yanlış çıxmış, haqqında pis zənn edənlərin isə zənnləri gerçəkləşmişdir.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:27
GÜNƏŞ07:56
ZÖHR [ 4 rükət ]13:26
ƏSR [ 4 rükət ]16:27
MƏĞRİB [ 3 rükət ]18:54
İŞA [ 4 rükət ]20:20
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka