Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

YAXŞILIĞIN MÜKAFATI

[ Azerislam.com / 8286 dəfə baxılıb ]   
|
 
Məxluqatın içindən sənin sabah əldə edəcəyin bu dərəcə dünyada ikən insanlara yaltaqlıq etmədən və onların gözündə yüksəlməyi, məqamlara çatmağı istəmədən yalnız Rəbbinin itaəti ilə ömür sürməyinin tam bir qarşılığıdır. Tək olan və ortağı olmayan Allaha qarşı davranışlarındakı sədaqət və Rəbbinə qarşı rəğbətinin əvəzidir. Allah bütün məxluqatın qarşısında sənə bu böyük məqamı ehsan etmiş, sənə olan razılığını və dostluğunu élan etmişdir.

Düşün bir anlıq! Sən yaradılmışların səflərini yara-yara irəliləməkdəsən. Üzünün nur və gözəlliyi, könlünün sevinc və şadlığı ilə əməl dəftərini sağ əlində tutarsan. İnsanların gözləri Allah qatında çatdığın lütfə yetışmək həsrəti ilə və böyük bir həyəcanla sənə tərəf çevrilər.
Həqiqətən bu məqamı əldə etmək üçün Allaha qarşı daha böyük bir ümüd və əməllə çalış! Çünki yalnız O lütf edərsə, buna çata bilərsən. Bu qarşı-qarşıya qalacağın iki böyük hadisədən biridir.

Safvan bin Mihrəzin belə dediyi bildirilmişdir: ″Mən Abdullah bin Ömərin əlindən tutmuşdum. Yanıma bir adam gələrək: ″Allahın qulu ilə şəxsən danışması haqqında Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) nə eşitdin?″ deyə soruşdu. Abdullah bu cavabı verdi: ″Peyğəmbəri (sallallahu aleyhi və səlləm) belə buyurarkən dinlədim: ″Qiyamət günü Allah mömini Özünə yaxınlaşdırar. Üzərinə himayə örtüyünü qoyar və onu insanlardan gizlədərək belə buyurar: ″Ey qulum, filan-filan günahını bilirsən mi?″ Qul: ″Bəli, ey Rəbbim!″ deyər. Sonra yenə Allah: ″Ey qulum, filan-filan günahını da bilirsən elədir mi?″ deyə soruşar. Beləcə bütün günahlarını özünə etiraf etdirər. Qul artıq ürəyində həlak olduğunu düşünər. O anda Allah belə buyurar: ″Dünyada da bunları sənin üçün örtdüm. Bu gün də onları sənin üçün bağışladım.″ Sonra da əməl dəftəri sağ əlinə verilər.




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:26
GÜNƏŞ08:01
ZÖHR [ 4 rükət ]12:50
ƏSR [ 4 rükət ]15:20
MƏĞRİB [ 3 rükət ]17:39
İŞA [ 4 rükət ]19:10
GECƏYARI00:02
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka