Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

BAĞIŞLANMA MÜJDƏSİNİN VERDİYİ SEVİNC

[ Azerislam.com / 8804 dəfə baxılıb ]   
|
 
Üzüntüdən, sorğu-sualın verdiyi utanma və sıxılmadan və etdiyin günah və haram əməllərin bircə-bircə sadalanmasından duyduğun sıxıntıdan sonra üzündə sevinci nuru və aydınlığı parıldamağa başlayar. Könlündəki kədər və hüzün nəşəyə dönər. Üzün açılar, rəngin ağarar. Birbaşa Allahu-Təalanın səndən razı olduğunu hiss etdiyin anı bir düşün! Qəlbin yerindən çıxar, xoş bir həyəcan və sevinclə dolar. Az qala xoşbəxtlikdən uçmaq istəyərsən. Sevincindən sanki ölər kimisən. Bu sənin haqqındır da… Bəs necə?.. Hansı sevinc Əziz və Cəlil olan Allahın rizasını qazandığını eşitməkdən duyduğun sevincdən üstün ola bilər? Vallahi, hələ dünyadaykən Allahın Axirətdə səndən razı olacağını düşünüb sevincindən ölsən, bu, sənə çox görülməz. Hər nə qədər Axirətdəki bu xoşbəxlikdən tam əmin olmasan da, bunu ummağın belə bu cür sevinc üçün yetərlidir.

Elə isə sən hələ bir anlıq səndən razı olduğunu birbaşa Allahdan eşidib, için güvənc hissi ilə dolsa, şübhələrin tamamilə dağılsa, əbədi xoşbəxtliyə nail olduğuna əmin olsan, sonsuz, əksilməz və şübhə edilməz nemətləri əldə etdiyin qənaətinə gəlsən, halın necə olar? Bir bunları təsəvvür et…

Əziz və Cəlil olan Allahın hüzurundasan, səndən razı qaldığı bəlli olub. Ürəyin sevincdən uçar. Üzün ağararaq, parıldayıb aydınlanar. Çöhrən sanki Ay kimi işıq saçar. Sən məxluqatın hüzuruna sevincli bir sifətlə çıxarsan. Üzündə ən mükəmməl gözəllik əks olunar, ətrafına nur yayaraq sən əməl dəftərin sağ əlində, gözəllik, nur və parlaqlıqda digər insanları üstələmiş bir durumda ikən özünü bir təsəvvür et! Qolundan bir mələk tutaraq hər kəsin içində:
″Bu filankəs oğlu (və ya qızı) filankəs bir daha əsla qəmgin olmayacağı bir səadətə qovuşmuşdur!″ deyə səslənər. Rəbbin məxluqatın hüzurunda səndən razı olduğunu élan etmişdir. Sənin haqqında yaxşı zənn edənlərin zənni gerçəkləşmiş, səni ittiham edənlərin isə qarayaxmaları boşa çıxmışdır.





Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:18
GÜNƏŞ06:56
ZÖHR [ 4 rükət ]13:44
ƏSR [ 4 rükət ]17:31
MƏĞRİB [ 3 rükət ]20:30
İŞA [ 4 rükət ]22:04
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka