Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

SON PEŞMANLIQ

[ Azerislam.com / 9930 dəfə baxılıb ]   
|
 
Böyük savab saydığın amma heç demə Allah qatında dəyərsiz olan əməllərinə idi bütün ümüdlərin. Rəbbinə itaət mövzusunda göstərdiyin məsuliyyətsizlik üzündən qəlbinin nə böyük sıxıntısı və peşmanlıqları olar.

Nəhayət hər günahı yada salmaq və hər gizlini açığa çıxarmaq şərtilə Allah səni təkrar-təkrar sorğu-suala çəkdiyi zaman sıxıntı səni olduqca yorar və utanc hissin ən pik nöqtəyə çatar. Çünki qarşındakı ən uca Sultandır! Ondan utanıldığı qədər heç kimdən utanılmaz. Çünki O bənzəri olmayan Əvvəl və Qədimdir. Ehsan sahibidir. Şəfqətlidir. Mərhəmətlidir. Kərimdir. Nemət, fəzl və kərəm sahibidir.

Bax bu sifətləri daşıyan bir Zatın səni sorğu-sual etməsini bəs nə zənn etmişdin? Əmrlərinə etdiyin müxalifliyi, göstərdiyin hörmətsizlik və həyasızlığı və Özünə qarşı etdiyin dikbaşlığı bütün çılpaqlığı ilə ortaya tökmüşdür. Dünyada ikən Onun əmrlərinə qarşı çıxmağını, sənə olan nemətlərinə qarşı naşükürlüyünü yadına salmasını ağlına gətirə bilirsən?

Belə deyər: ″Ey qulum! Niyə mənə itaət etmədin? Niyə məndən utanmadın? Sənə olan ehsanımı azmı saydın? Yoxsa sənə heç yaxşılıq etmədim? Sənə nemət vermədimmi? Mənim haqqımda səni aldadan nədir? Gəncliyini harada sərf etdin? Ömrünü harada başa vurdun? Malını haradan qazandın və haraya xərclədin? Elminlə nə əməllər etdin?″




Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:02
GÜNƏŞ06:45
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:28
MƏĞRİB [ 3 rükət ]20:32
İŞA [ 4 rükət ]22:08
GECƏYARI00:47
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka