Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

ƏMƏL DƏFTƏRİ

[ Azerislam.com / 10295 dəfə baxılıb ]   
|
 
Sağ və ya sol əlində heç bir günahın və güzlədiyin heç bir sirrin buraxılmadan hamısı qeyd edilən yazılı bir dəftər titrəməkdədir. Sən onun içindəkiləri yorğun bir dil, keçərsiz bir dəlil və qırıq bir könül ilə oxuyarsan. Hələ də sənə ehsan edən və qüsurlarını örtməkdə davam edən Rəbbindən utanc və qorxu hissin əcəba nə dərəcədə olar?!

Etdiyin çirkin əməllərindən və böyük günahlarından ötrü səni sorğuya çəkdiyi zaman hansı dillə cavab verərsən? Sabah Onun hüzurunda hansı ayaqla durarsan? Hansı gözlə Ona baxarsan? Hansı ürəklə Onun ulu və uca sözlərinə, sorğu-sualına və tənbehinə tab gətirərsən? Kiçik vücudunla, titrəyən orqanlarınla və çırpınan ürəyinlə özünü bir təsəvvür et! Günahlarını xatırlayıb pisliklərini ortaya tökən və səni dayandırıb gizlətdiklərini bircə-bircə etiraf etdirən kəlamını eşitməkdəsən. Bu haldakı vəziyyətini və min bir təhlükənin sənin ətrafında dolanmasını xəyal et! Kim bilir unutduğun neçə günahı Allah sənə xatırladar!

Saxladığın nə qədər sirr vardır ki, Allah hamısını açıqlayıb ortaya tökər. Kim bilir nəfsinin istəklərinə olan meylin və qəflətin səbəb ilə - ixlasla etdiyini və xoşagəlməz arzulardan uzaq olduğunu zənn etdiyin neçə əməlin vardır ki, Allah heç birini qəbul etməmiş və heçə saymışdır.



Azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:14
GÜNƏŞ06:53
ZÖHR [ 4 rükət ]13:45
ƏSR [ 4 rükət ]17:33
MƏĞRİB [ 3 rükət ]20:35
İŞA [ 4 rükət ]22:09
GECƏYARI00:54
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka